FACT-INFO.AZ » QHT » İcma: Cozep Borrell Azərbaycan və Ermənistan arasında gərginlik yaratmağa çalışır
14-02-2024, 08:30 | QHT
İcma: Cozep Borrell Azərbaycan və Ermənistan arasında gərginlik yaratmağa çalışır

Aİ nümayəndəsi bu cür açıq qərəz nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında sülh perspektivlərinfə gərginlik yaratmağa çalışır

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell 2024-cü il fevralın 13-də Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasından sonra verdiyi bəyanatında öz ənənəsinə sadiq qalaraq bir sıra anti-Azərbaycan fikirlər səsləndirib.

C. Borrell sərhəd zonasında uzun müddət davan edən sakitlikdən sonra Ermənistan ordusunun 2024-cü il fevralın 12-də azərbaycanlı sərhədçisini yaralaması faktını görməzdən gələrək, Azərbaycan tərəfinin özünü müdafiə hüququna uyğun olaraq atdığı addımları sual altına almağa çalışmışdır.

Aİ nümayəndəsinin qoşunların sərhəd bölgəsindən geri çəkilməsi kimi əcaib təklifi ilk növbədə Azərbaycanın suverenliyinə zidd olmaqla, işğalçı Ermənistan ordusunu Azərbaycana qarşı növbəti hücumları üçün əlverişli mövqelərə çıxarmaq məqsədi daşıyır. Ermənistan ordusu öz torpağında möhkəm dayanmış Azərbaycan ordusu ilə üzləşmək istəmirsə, Ermənistanın içərilərinə doğru geri çəkilməkdə sərbəstdir.

Aİ Ermənistana yeritdiyi missiyası ilə bağlı qeyri-səmimi və qeyri-konstruktiv davranıb. Aİ bu missiyanın vəzifələri, ölçüsü və fəaliyyət dairəsi barədə Azərbaycan tərəfinə verdiyi vədlərini kobud şəkildə pozur. Missiya faktiki olaraq, Ermənistan tərəfinə hərbi və kəşfiyyat örtüyü yaratmaq və sərhəd zonasında Azərbaycana qarşı təzyiq və təxribatlar ilə məşğuldur. Öz vəzifələri sırasında keçmiş münaqişənin sərhədyanı bölgələrdə insanlara təsiri məsələsi ilə məşğul olmaq yazılmasına baxmayaraq, missiya Ermənistanın sərhədyanı bölgələrindən qovulmuş azərbaycanlı qaçqınların hüquqları ilə məşğul olmur, onların evlərinin, qəbiristanlıqlarının və mədəni irsinin Ermənistan tərəfindən vəhşicəsinə dağıdılmasına göz yumur.

Nəhayət, Aİ nümayəndəsi münaqişənin təsirinə məruz qalmış insanlar ilə bağlı növbəti dəfə dini və etnik əsasda ayrı seçkiliyə yol vermişdir. Belə ki, C. Borrell Azərbaycanın Qarabağ bölgəsindən ötən il Ermənistanın təhriki ilə, könüllü şəkildə köçüb getmiş erməniləri "qaçqın" adlandıraraq, onlara humanitar qayğıdan danışdığı halda, Ermənistandan zorla qovulmuş 300 mindən artıq azərbaycanlı haqqında bir kəlmə belə deməmişdir.

Qərbi Azərbaycan İcması hesab edir ki, Aİ nümayəndəsi bu cür açıq qərəz nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında sülh perspektivlərini çətinləşdirməyə və gərginlik yaratmağa çalışır. İcma Aİ institutlarını bu əməllərindən əl çəkməyə, Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olmamağa, Aİ-nin Ermənistandakı missiyasının Azərbaycana qarşı təxribatçı davranışlarına son qoymağa və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağırır.




Baxış sayı: 100
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031