FACT-INFO.AZ » QHT » Möhtəşəm minilliklərin şanlı 100 ili
12-02-2024, 15:00 | QHT
Möhtəşəm minilliklərin şanlı 100 ili

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr etdiyi “Möhtəşəm minilliklərin şanlı 100 ili” adlı yeni kitabı nəşr olunub.

Fact-info.az xəbər verir ki, kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxıb.

Əsər Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Resublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Resublikasının 100 illik yubileyinin keçirilməsinin təmin edilməsi haqqında” sərəncamları və Naxçıvan Muxtar Resublikasının 100 illik yubileyinə dair Tədbirlər Planının mətni ilə başlayır.

Kitabda Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Naxçıvanın muxtariyyət statusu və Naxçıvan Muxtar Respublikasının yaradılması haqqında söylədikləri fikirlər oxuculara təqdim olunur.

Moskva və Qars beynəlxalq müqavilələrində Naxçıvanla bağlı maddə və əlavələri, Naxçıvan Muxtar Respublikasının yaradılması haqqında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 2024-cü il tarixli qərarını kitaba daxil edən müəllif burada Rusiyada Fevral inqilabından sonra baş verən hadisələrin Cənubi Qafqaza təsirlərini müstəqil Azərbaycan, Gürcüstan və Ermənistan (Ararat) respublikalarının  yarandığı dövrədək təhlil edir.

Kitabda həmçinin türk hərbi heyətinin Naxçıvana gəlməsindən, yeni idarəetmə sisteminin yaradılmasından, Araz-Türk Cümhuriyyətinin fəaliyyətindən, ingilis və ABŞ hərbi qüvvələrinin Naxçıvana gəlməsi və yürütdükləri ikili siyasətdən, habelə Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələrin möhkəmləndirilməsindən bəhs olunur.

“Naxçıvanda hərbi-siyasi vəziyyət və diyarın sovetləşməsi”, “Sovet Rusiyasının ikili siyasəti”, “Gümrü müqaviləsi və Naxçıvan”, “Naxçıvan hadisələri”, “Moskva müqaviləsi və Naxçıvan”, “Qars müqaviləsi və Naxçıvan”, “Naxçıvanın inzibati idarəçilik sistemindəki dəyişikliklər”, “Naxçıvan Muxtar Respublikasının yaradılması”, “Ermənilərin beynəlxalq Moskva və Qars müqavilələrini ləğv etmək və Naxçıvana yiyələnmək cəhdləri”, “Muxtariyyətin və müstəqilliyin bəhrələri”, “Böyük yolun davamı” adlı növbəti bölmələrdə Naxçıvan diyarının ictimai-siyasi vəziyyəti, ermənilərin Naxçıvana qarşı ərazi iddiaları, Moskva və Qars beynəlxalq müqavilələri, Naxçıvan Muxtar Respublikasının yaradılması və keçdiyi tarixi inkişaf yolu təqdim olunur.

Kitabın “Əlavələr” adlanan hissəsinə tarixi şəxsiyyətlərin, böyük tarixi önəm daşıyan yer və hadisələrin, o cümlədən muxtar respublikanın bugünkü inkişafının əks olunduğu fotoşəkillər daxil edilib.




Baxış sayı: 90
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031