Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində dövlətimizin başçısı İlham Əliyevin qazandığı inamlı qələbə ölkədə və xaricdə boyük coşqu ilə qarşılanıb. Səsvermənin nəticələri elan olunduqdan sonra paytaxt Bakıda və regionlarda insanlar böyük sevinclə bayram ediblər. Həmçinin xarici ölklərdə də diaspor üzvləri öz sevinclərini müxtəlif tədbirlər keçirməklə bildiriblər. Belə ki, bu münasibətlə “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Küveytdə avtoyürüş keçirilib. Bu haqda “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə məlumat verib.
Azərbaycanın Dövlət Bayrağına bürünmüş maşınlar milli və vətənpərvərlik musiqilərinin sədaları altında Küveytin mərkəzi meydan və küçələrində hərəkət ediblər. Avtoyürüş Küveyt əhalisinin geniş diqqətini çəkib.
Sonda avtoyürüş Azərbaycanın Küveytdəki səfirliyində tamamlanıb.
Baxış sayı: 265
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

