Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak ediblər.
Tədbirdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin fəaliyyətinə verdiyi yüksək qiyməti və ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb. Nazir aparılan fəaliyyətlər və əsas istiqamətlər üzrə yerinə yetirilən vəzifələri bir daha xüsusi vurğulayıb.
Toplantıya qatılan heyət təlim mərkəzində və çöl-səhra şəraitində təşkil olunan hazırlıq məntəqələrində və nöqtələrində nəzəri və praktiki məşqlərdə iştirak edir.
İştirakçılardan ümumqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı biliklər üzrə məqbullar qəbul edilib, şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.
Silahlı Qüvvələrin rəhbər heyətinin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə silahlanmada olan zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunur, generallar və zabitlər müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirirlər.
Baxış sayı: 1 510
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

