ABŞ səfirliyinin fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı verdiyi bəyanat Azərbaycan xalqının iradəsinə hörmətsizlik və elementar diplomatik qaydalara zidd olan qaba hərəkətdir.
Fact-info.az xəbər verir ki, bu fikir sözügedən bəyanata Qərbi Azərbaycan İcmasının cavabında yer alıb.
İcmanın cavabında bildirilir ki, Ermənistanın 30 illik işğalçılıq siyasətini, etnik təmizləməni, “demokratik” Nikol Paşinyanın müdafiə naziri, “dahi sərkərdə” David Tonoyanın Vaşinqtonda Azərbaycanı “yeni ərazilər üçün yeni müharibə” ilə hədələyən açıqlamasını pisləməyən, Qərbi azərbaycanlıların qayıdış hüququnu dilə gətirməyən bir ölkənin bugünkü bəyanatı çox gülünc səslənir.
“Əgər ABŞ diplomatları ATƏT-in tövsiyələrinə belə önəm verirsə, ilk öncə onları elə həmin ATƏT-in 2020-ci ilin noyabr ayında ABŞ-da keçirilmiş prezident seçkiləri ilə bağlı verdiyi tövsiyələrlə tanış olmağa çağırırıq. Həmin hesabatda xüsusilə vurğulanır ki, ATƏT-in əvvəlki hesabatlarında yer almış tövsiyələr yerinə yetirilməmişdir. ABŞ diplomatlarını riyakarlıqdan uzaq olmağa çağırırıq”, - deyə Qərbi Azərbaycan İcmasının cavabında vurğulanıb.
Baxış sayı: 130
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
