Azərbaycandakı seçkilər təkcə yerli və regional deyil, həm də müəyyən dərəcədə qlobal xarakter daşıyır.
Fact-info.az secki-2024.az saytına istinadla xəbər verir ki, bunu serbiyalı ekspert, siyasi elmlər doktoru, Belqrad Avropa Araşdırmaları İnstitutunun elmi işçisi Stevan Qajiç deyib.
O, qeyd edib ki, bu seçkilər dünyanın siyasi mənzərəsi baxımından çətin bir vaxtda keçirilir.
“Azərbaycanın yerləşdiyi regionda - Cənubi Qafqazda və Yaxın Şərq regionunda bir sıra müharibələrin və böhranların yaşandığı bir coğrafiyada, bütünlüklə dünyada bir sıra vacib seçkilər keçiriləcək. Bu ili ümumilikdə dünyada seçki ili adlandırmaq olar. Çünki ABŞ və Rusiyadan tutmuş Avropa İttifaqına qədər bir çox yerlərdə seçki prosesi olacaq. Bu əsnada Azərbaycanda keçiriləcək seçkilər də təbii olaraq həm region, həm də qlobal mənada əhəmiyyətlidir”, - deyə Stevan Qajiç vurğulayıb.
Baxış sayı: 135
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
