FACT-INFO.AZ » QHT » Səttar Möhbalıyev: “Müasir Azərbaycan gəncliyi savadlı, yaradıcı və vətənpərvərdir”
2-02-2024, 10:00 | QHT
Səttar Möhbalıyev: “Müasir Azərbaycan gəncliyi savadlı, yaradıcı və vətənpərvərdir”

“Gənclər daim, bütün tarix boyu Azərbaycan xalqının əsas aparıcı hissəsini təşkil edərək milli kimliyimizin formalaşmasında, milli-mənəvi dəyərlərimizin və adət-ənənələrimizin qorunub saxlanılmasında aparıcı rol oynayıb, əzmkarlığı, cəsarəti və qəhrəmanlığı ilə özündən bəhs etdirib. İşğalçılara qarşı aparılan azadlıq mübarizələrində də Azərbaycan gəncləri ön sırada yer alıblar. Həmçinin xalqımızın bu mötəbər təbəqəsi sağlam düşüncəli, milli ruhlu, vətənpərvər, soykökünə bağlı və dövlətinə sadiq olublar. Müasir müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ölkəmizin inkişaf strategiyasını müəyyənləşdirərkən gənclərə xüsusi önəm verib, Vətənimizin tərəqqisində, dövlətimizin gələcək inkişafında onların rolunu yüksək dəyərləndirib. Ümumiyyətlə, Ulu Öndərin istər sovetlər dövründə, istərsə də müstəqillik vaxtı Azərbaycana rəhbərlik edərkən onun fəaliyyətində gənclər siyasəti prioritet olub. Gənclərin sağlam şəraitdə böyüməsi, yaxşı təhsil alması, müasir elmlərə yiyələnməsi, dövlət vəzifələrində irəli çəkilməsi üçün əhəmiyyətli işlər görüb. O, qurub-yaratdığı müasir Azərbaycanı gənclər ölkəsi adlandırırdı və Azərbaycanın gələcək inkişafında gənclərə böyük ümidlər bağlayırdı. Həqiqətən də, Azərbaycan gəncliyi ona olan ümidləri layiqincə doğrultdu. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmiz tarixinin ən parlaq dövrünü yaşayır, dönməz inkişaf yolu tutaraq sabaha inamla irəliləyir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan gəncliyi demokratik ölkədə əmin-amanlıq içərisində xoşbəxt yaşayır: “Dövlətimiz onların hərtərəfli inkişafı, potensialının üzə çıxarılması və qiymətləndirilməsi, ictimai-siyasi həyatda rolunun artırılması, cəmiyyətdə əsas aparıcı qüvvəyə çevrilməsi üçün bütün zəruri şəraitləri yaradıb. Odur ki, gənclərdə öz gücünə, istedadına inam hissi artıb, bütün sahələrdə, o cümlədən idman, təhsil və digər sahələrdə uğurları bir-birini əvəzləyir. Savadı, yaradıcılığı, işgüzarlığı ilə ad çıxaran müasir Azərbaycan gəncliyi həm də dövlətə sədaqəti, Vətənə olan dərin məhəbbəti ilə də fərqlənir. Onlar Vətən müharibəsində bir daha sübut etdilər ki, Ana Vətəni canlarından artıq belə sevirlər və bu yolda ölməyi özləri üçün şərəf hesab edirlər. Gənclərimiz, həqiqətən də, rəşadəti, qəhrəmanlığı ilə bütün dünya ictimaiyyətini özlərinə heyran qoydular. Biz Vətən müharibəsində iştirak etmiş hər bir gəncə minnətdarıq”.

Səttar Möhbalıyev bildirib ki, Azərbaycan həmkarlar ittifaqları dövlətimiz tərəfindən müəyyən olunan gənclər siyasətinə öz səlahiyyətləri çərçivəsində fəal dəstək verir: “Gənclərin böyük qisminin həmkarlar ittifaqı sıralarında birləşməsi təşkilatımızın bu istiqamətdə məsuliyyətini daha da artırır. Belə ki, həmkarlar ittifaqı üzvlərinin 38,5 faizini (29 yaşadək) gənclər təşkil edir. AHİK müxtəlif vaxtlarda “Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və tədbirlər planı”, “Gənclər siyasəti konsepsiyası”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri” və s. qərarlar və digər sənədlər qəbul edib və onlar uğurla həyata keçirib. Ümumiyyətlə, biz gənclərin həmkarlar ittifaqlarının fəaliyyətində yaxından iştirakını yüksək qiymətləndiririk və onları həmkarlar ittifaqlarının gələcək inkişafının və daha da möhkəmlənməsinin əsas mənbəyi hesab edirik. Buna görə də gənclərin sosial-iqtisadi problemlərinin həllinə kömək göstərilməsinə, onların həmkarlar ittifaqı strukturlarındakı fəaliyyətinə, keçirilən tədbirlərə, aksiyalara cəlb edilməsinə və həmkarlar ittifaqının kadr ehtiyatının gənclər hesabına yaradılmasına xüsusi önəm veririk”.

AHİK sədri qeyd edib ki, sahə həmkarlar ittifaqlarının, demək olar ki, böyük əksəriyyətində gənclər şurası fəaliyyət göstərir və gənclərlə mütəmadi iş aparılır: “Şuralar gənclərin tələbatına cavab verən strategiyanın, kollektiv müqavilələrin və sazişlərin işlənib hazırlanmasında, peşə ustalığı üzrə müsabiqə və baxışların keçirilməsində fəallıq göstərirlər. Gənclərin həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlər qazanmış 500-ə yaxın gənc “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. AHİK Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Ümumhəmkarlar İttifaqları Konfederasiyası və digər təşkilatlar tərəfindən gənclərlə bağlı təşkil edilən tədris proqramlarında onların iştirakına xüsusi diqqət yetirir”.

“Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əlaçı müdavimlərinə hər il həmkarlar ittifaqlarının pul mükafatı verilir. Həmçinin ali təhsil müəssisələrində qış və yay sessiyalarının nəticələrinə görə təhsildə uğur qazanmış, ictimai işlərdə fərqlənmiş tələbələrə də “Adlı təqaüd” verilir. İndiyədək 3000 nəfərə yaxın  gənc bu təqaüdə layiq görülüb. Bəzi ali məktəbdə aztəminatlı ailələrdən olan 300-dək tələbənin nahar xərcləri, hər il onlarla imkansız tələbənin təhsil haqlarının 30 %-i, bəzilərinin isə 100 %-i həmkarlar ittifaqı tərəfindən ödənilir. Hər il tələbə-gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onlarda elmə marağın aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində addımlar atılır”, - Milli Məclisin deputatı əlavə edib.




Baxış sayı: 140
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031