FACT-INFO.AZ » SİYASƏT » "Aprel döyüşlərində düşmənin canlı qüvvəsinin məhv edilməsində yerli silahlar mühüm rol oynadı"
19-12-2016, 08:40 | SİYASƏT
"Aprel döyüşlərində düşmənin canlı qüvvəsinin məhv edilməsində yerli silahlar mühüm rol oynadı"

Bunu Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov deyib. Y. Camalov bildirib ki, Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir: "Cari ilin aprelində cəbhə xəttində erməni təxribatına cavab olaraq sarsıdıcı zərbələr endirməsi, düşmən tapdağında olan bir neçə yüksəkliyi azad etməsi Azərbaycan Ordusunun gücünün göstəricisi kimi dəyərləndirilməklə yanaşı, illərdir davam edən münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda müşahidə olunan canlanma problemin ədalətli həlli istiqamətində irəliləyiş gözləntisi də yaratdı. Aprel döyüşlərində MSN-in müəssisələrində istehsal olunan silah və sursatlardan - tank əleyhinə qumbaraatanlar, minaatanlar və onların döyüş sursatları, snayper tüfəngi, universal pulemyotlar, o cümlədən AK74M tipli avtomat silahlar, müxtəlif çaplı patronlar və digər döyüş sursatları düşmənə qarşı tətbiq olunub. Eyni zamanda, düşmənin hədəflərinin dəqiq müəyyən edilib, məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib". 
Nazir bildirib ki, cari ildə ilk dəfə seriyalı istehsalına başlanılmış məhsullar sırasında xüsusi təyinatlı “Yalquzaq” snayper tüfəngi, 40 mm-lik tank əleyhinə əl qumbaraatanı üçün PG-7V tipli qumbara, 6 və 24 yerli UST-56 tipli çadır, M-6 və M-12 tipli mina partladıcılar var: "Bu il ümumi məhsul istehsalının həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artım əldə olunub. İstehsal olunan məhsulun 85 faizini müdafiə və xüsusi, 15 faizini isə mülki təyinatlı məhsul təşkil edir". 
Y. Camalov nəzərə çatdırıb ki, 2016-cı ildə müdafiə sifarişində yaradılma bölməsi üzrə 115 mövzu üzrə 198 mərhələnin yerinə yetirilməsi nəzərdə tutulub və bu sahədə işlər uğurla davam etdirilir: "Nazirliyin tabeli müəssisələri tərəfindən 37 mərhələ yerinə yetirilib, o cümlədən TA-57 tipli səhra telefon aparatının yaradılma işləri tam başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. Cari ildə xüsusi təyinatlı hücum pulemyotunun, avtomat qumbaraatan kompleksinin, “İstiqlal-1T” snayper tüfənginin, soyuq atış kollimatorunun, avtomatik topun, artilleriya və tank topları üçün atəş yığımlarının, tank əleyhinə qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının və s. məmulatların müvafiq sınaqlarına başlanılmış və həmin məmulatların istehsalının mənimsənilməsi istiqamətində işlər davam edir". 
Nazir qeyd edib ki, Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) 2016-cı ildə Silahlı Qüvvələrin sifarişləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri aparılır: "İlk növbədə, əsas diqqət müxtəlif növ döyüş modulları ilə təchiz edilmiş “Tufan” milli zirehli nəqliyyat vasitəsinin yaradılmasına yönəldilib. Eyni zamanda, “İldırım” və “Qasırğa” zirehli maşınlarının ilkin nümunələri hazırlanıb “ADEX-2016” II Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib. Digər yeni layihə BRDM-2M zirehli transportyorun üzərində orta mənzilli “Mizrak” tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddət ərzində Silahlı Qüvvələrin ixtiyarına veriləcək".

 

 

 




Baxış sayı: 1 852
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031