AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Qaşqay folklor örnəkləri” kitabının I cildi nəşr olunub.
İnstitutdan Fact-info.az-a bildirilib ki, kitab Qaşqay türklərindən toplanmış müxtəlif folklor örnəklərindən ibarətdir. İndiyədək İranın güney və orta bölgələrində yaşayan Qaşqay türklərinin folkloru ölkəmizdə geniş şəkildə öyrənilməyib. Bu zəngin mənəvi irs haqqında yalnız pərakəndə şəkildə araşdırmalar aparılıb.
Kitabda Qaşqay folklor mədəniyyətinin orijinal şəkildə oxunması üçün təkmilləşdirilmiş sözlük də təqdim edilib.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 316 səhifəlik kitabın layihə rəhbəri akademik Muxtar Kazımoğlu-İmanov, tərtibçi və “Ön söz” müəllifi filologiya elmləri doktoru, dosent Mətanət Abbasovadır. Mətnləri transliterasiya edənlər filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli, İlahə Qurbanova və Səbuhi Bədəlov, redaktoru isə Lalə Bədirovadır.
Baxış sayı: 110
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
