FACT-INFO.AZ » QHT » Naxçıvan Muxtar Respublikasının 100 illiyi
30-01-2024, 10:00 | QHT
Naxçıvan Muxtar Respublikasının 100 illiyi

AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası – 100” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı muxtar respublika tarixində əlamətdar hadisə olmaqla yanaşı, Naxçıvanın ölkənin tarixində, eləcədə ictimai-siyasi, elmi-mədəni həyatında rolunu diqqətə çatdırıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransda “Naxçıvan: muxtariyyətdən respublikaya” mövzusunda məruzə edib.

Akademik məruzəsində zərurətdən doğan muxtariyyət statusunun verilmə səbəblərindən, tarixi önəmindən söz açıb. Ulu Öndər Heydər Əliyevin muxtariyyət statusu haqqında fikirlərini diqqətə çatdıran bölmə sədri bildirib ki, bu status Naxçıvana Moskva və Qars beynəlxalq müqavilələri, 1921-ci ilin dekabrında keçirilən referendum ilə verilib.

Məruzədə 1917-c ilin Fevral burjua demokratik inqilabından sonra Cənubi Qafqazda formalaşdırılan mülki hakimiyyət strukturundan, həmin dövrdə Rusiya, İngiltərə və ABŞ kimi dövlətlərin bölgəyə müdaxiləsindən, onların geosiyasi planlarında Naxçıvanın önəmindən, ermənipərəst məqsədlərindən bəhs olunub. Havadarlarının dəstəyi ilə Azərbaycan əraziləri hesabına “torpaqlarını” genişləndirməyə çalışan ermənilərin ərazi iddialarının əsassızlığı xronoloji ardıcıllıqla tarixi faktlar əsasında şərh edilib.

Akademik məruzəsində muxtariyyətin növləri barədə məlumat verib, habelə bu statusun Naxçıvana nə üçün lazım olması faktını əhatəli şərh edib. N.Nərimanov və B.Şahtaxtinskinin fəaliyyətlərində Zəngəzur və Naxçıvan məsələsindən danışan alim həmin dövrün mühüm tarixi hadisələrini geniş təsvir edib. Moskva və Qars müqavilələrinə əsasən bölgənin fiziki xəritələri əsasında Naxçıvandan qoparılaraq ermənilərə verilmiş ərazilərdən, ermənilərin muxtariyyət statusunun ləğvi ilə bağlı canfəşanlığından danışıb.

İsmayıl Hacıyev bildirib ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə imzaladığı sərəncam muxtar respublika üçün xüsusi tarixi əhəmiyyət kəsb edir.





Baxış sayı: 370
Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031