FACT-INFO.AZ » XƏBƏR » Gürcüstandakı soydaşlarımız Avropa İttifaqının Tbilisi ofisinin önündə etiraz aksiyası təşkil ediblər
28-01-2024, 19:00 | XƏBƏR
Gürcüstandakı soydaşlarımız Avropa İttifaqının Tbilisi ofisinin önündə etiraz aksiyası təşkil ediblər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı ədalətsiz mövqeyi və qəbul etdiyi qərarlar dünyanın hər yerində, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımızın ciddi etirazına səbəb olub. Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bir sıra gürcü siyasətçiləri AŞPA-nın bu qərarını ciddi tənqid ediblər.

Gürcüstanda yaşayan soydaşlarımız da özünü demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının müdafiəçisi hesab edən AŞPA-ya öz etirazlarını bildiriblər.

“Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı ilə soydaşlarımız Avropa İttifaqının (Aİ) Tbilisi ofisinin önündə “Ayrı-seçkiliyə və ikili standartlara son!”, “Xocalıya ədalət!” tələbləri ilə aksiya keçiriblər.

Aksiyada “Erməni terroruna son!”, “Ekoloji terrora son!” və digər şüarlar səsəndirilib.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov AZƏRTAC-a müsahibəsində bildirib ki, aksiya AŞPA-nın qərəzli mövqeyinə və erməni yalanlarına son qoyulması tələbi ilə təşkil edilib.

Onun sözlərinə görə, AŞPA-nın Azərbaycanla bağlı son qərarı bütün dünya azərbaycanlıları kimi, Gürcüstanda yaşayan soydaşlarımızın da ciddi etirazına səbəb olub. Azərbaycana qarşı ikili standartlardan çıxış edən AŞPA-nın bu qərarının heç bir hüquqi əsası yoxdur. Dünya azərbaycanlıları və Gürcüstanda yaşayan soydaşlarımız da bunu yaxşı başa düşürlər. Ona görə də əsas məqsəd belə tədbirlər vasitəsilə AŞPA-nı düzgün yola dəvət etməklə yanaşı, avropalıları, xüsusilə də Fransa kimi dövlətləri Azərbaycanın qarşısında maneə olmaqdan çəkinməyə çağırmaqdır.

O, əminliklə qeyd edib ki, anti-Azərbaycan qüvvələr sonda onsuz da öz çirkin mövqelərindən əl çəkəcəklər.

Aksiyada iştirak edən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Murad Muradov isə deyib: “İnanırıq ki, azərbaycanlıların bu aksiyası bəzi qüvvələrin çirkin əməllərdən çəkinməsinə təkan verəcək”.

Dinc şəkildə keçirilən aksiyada yüzlərlə azərbaycanlı iştirak edib.




Baxış sayı: 100
Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Bu gün, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Bu gün, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031