FACT-INFO.AZ » XƏBƏR » Türkiyə İnternet Media Assosiasiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb
27-01-2024, 16:00 | XƏBƏR
Türkiyə İnternet Media Assosiasiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb

Türkiyə İnternet Media Assosiasiyası (TİMBİR) Azərbaycanda 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı dəstək bəyanatı yayıb.

Fact-info.az APA-ya istinadən verdiyi xəbərə görə, bəyanatda seçkilərin erməni işğalı altında olan torpaqların azad edilməsi fonunda keçirilməsinin xüsusi önəm kəsb etdiyi vurğulanıb.

“Bu seçkilər 1991-ci il oktyabrın 18-də müstəqillik əldə etmiş Azərbaycanın çağdaş tarixində xüsusi iz qoyacaqdır. Azərbaycanda son 35 ildə keçirilən bütün seçkilərdən fərqli olaraq, fevralın 7-də keçiriləcək qardaş ölkənin bütün ərazisini əhatə etməsi bu seçkiləri xüsusi edir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və 2023-cü ildə aparılan antiterror əməliyyatları nəticəsində Azərbaycan 30 ildən artıqdır işğal altında olan torpaqlarını azad edib, ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bu tarixi uğur Azərbaycanın qlobal nüfuzunu xeyli artırmaqla yanaşı, dünyanın ən mürəkkəb regionlarından biri olan Cənubi Qafqazda yeni reallıqlar yaratmışdır”, - bəyanatda deyilir.

Bundan əlavə, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin Avropada ölkəmizə qarşı ciddi şəkildə qərəzli siyasətin yürüdüldüyünə də diqqət çəkilib:

“Azərbaycanın Cənubi Qafqazda uzun illər davam edən işğala son qoyaraq, yeni reallıqlar yaratmaqla ərazi bütövlüyünü bərpa etməsi bəzi Qərb dövlətləri və qondarma demokratik dəyərlərin daşıyıcısı olduğunu iddia edən bir sıra beynəlxalq təşkilatlar tərəfindən anlaşılmaz təzyiqlərlə qarşılandı. Anti-Azərbaycan kampaniyasında xüsusi fəallığı ilə seçilən Fransa bütün “qırmızı xətləri” keçərək Cənubi Qafqazda yeni müharibənin alovlanması üçün əlindən gələni edir. Təəssüf ki, bu kampaniyada Fransanın diktəsi ilə fəaliyyət göstərən kollektiv Qərb, Avropa Parlamenti, Avropa Şurası kimi strukturlar sözün əsl mənasında Azərbaycana qarşı “səlib yürüşü”nə çıxdılar. Bu kontekstdə sanki Azərbaycana qarşı əsassız ittihamların güclənməsi yetərli deyilmiş kimi, Avropa Şurası Parlament Assambleyasının yenidən antiazərbaycan platformasına çevrilməsi sübut edir ki, Qərbin əsl niyyəti bölgədə sülhü təmin etmək deyil. Lakin son dərəcə sevindirici haldır ki, Azərbaycan dövləti bu əsassız hücumları qətiyyətlə dəf edir və öz milli maraqlarından bir addım belə geri çəkilmir. Qeyd etmək lazımdır ki, bu nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində əldə olunub. Azərbaycan rəhbərinin Türkiyə ilə əlaqələrini daha da dərinləşdirməsi, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipini həyata keçirməsi, türk dövlətlərinin birliyi istiqamətində davamlı səyləri xüsusilə vurğulanmalıdır. TİMBİR olaraq qeyd olunan mühüm məsələlər fonunda Azərbaycan xalqının və bütün təzyiqlərə qarşı dik duran cənab İlham Əliyevin yanında olduğumuzu fəxrlə bəyan edirik. İnanırıq ki, fevralın 7-də keçiriləcək seçkilər Azərbaycan üçün faydalı olacaq və xalq öz iradəsini seçki qutularında əks etdirəcək”.

Qeyd edək ki, Türk İnternet Media Birliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qərarnaməsi ilə yaradılıb. Türkiyədə fəaliyyət göstərən 53 beynəlxalq statuslu qeyri-hökumət təşkilatlarından biridir.

Hazırda Birliyin Türkiyənin 81 vilayətində və 10 ölkədə təmsilçiliyi var.

Birliyə Türkiyənin nüfuzlu QHT nümayəndələri qatılıb.

İstanbul Jurnalistlər Federasiyasının sədri Adil Koçalan, Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir və digərləri Birliyin İdarə Heyətində təmsil olunurlar.




Baxış sayı: 85
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib Dünən, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır Dünən, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub Dünən, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Dünən, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Dünən, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Dünən, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Dünən, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Dünən, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30 MEK elektron xidmətlərini təqdim edir 22-09-2026, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb 22-09-2026, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır 22-09-2026, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib 22-09-2026, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb 22-09-2026, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb 22-09-2026, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb 22-09-2026, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930