FACT-INFO.AZ » QHT » Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin Bəyanatı
26-01-2024, 16:00 | QHT
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin Bəyanatı

Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləmədi. Bu qərar və onun qəbul edilməsi üçün göstərilən səbəblər tamamilə əsassız və böhtandır, ölkəmizə uzun illərdir sərgilənən ikili standartların, qərəzli yanaşmanın bilavasitə davamıdır.

Azərbaycan cəmiyyətinə və dünya ictimaiyyətinə AŞPA və bu kimi təsisatların məkrli siyasəti çoxdan məlumdur. Qurumun fəaliyyəti, demək olar ki, bir neçə dövlətin xudbin maraqları üzərində qurulub və onların əlində siyasi təzyiq alətinə çevrilib.

Bu Qərb təsisatı Azərbaycana münasibətdə daha riyakar və ikiüzlü mövqe nümayiş etdirir. Baxmayaraq ki, ölkəmiz AŞPA-ya böyük ümidlərlə üzv olmuşdu və xalqımız bunu yüksək rəğbətlə qarşılamışdı. Bir inam var idi ki, insan hüquqlarını əsas götürən bu təşkilat 20 faiz ərazisi işğal edilmiş, etnik təmizlənməyə məruz qalmış, bir milyondan artıq qaçqını və köçkünü olan ölkənin haqq işinə dəstək verəcək, ədalətin bərqərar olmasına çalışacaq. Amma, təəssüflər olsun ki, insan hüquqları, demokratiya və qanunun aliliyinin müdafiəsini özünün əsas məşğuliyyəti elan edən Avropa Şurası və onun Parlament Assambleyası heç bir real addımlar atmadı, işğalçı dövlətə sanksiya tətbiq etmədi, münaqişənin həlli ilə bağlı bütün məsuliyyəti ATƏT-in Minsk qrupunun üzərinə yıxaraq götürdüyü öhdəliklərdən boyun qaçırdı. Əslində isə AŞPA-nın kəskin və qəti qərar qəbul etməsi üçün kifayət qədər faktları var idi. Ermənilər tərəfindən insanlarımızın öz yurdundan qovulması, məcburi köçkün halında yaşaması, evlərinin talan edilməsi, əmlaklarının mənimsənilməsi onların gözləri qarşısında baş vermişdi. Hətta yüzlərlə daşınmaz tarixi, mədəni və dini abidənin vandalizmə məruz qalması, təyinatına uyğun olmayan formada istifadə edilməsi, habelə məscidlərin təhqir olunması, orada mal-qara saxlanması barədə faktlar dəlillərlə sübut edilmişdir. Qurum isə əksinə, Azərbaycan tərəfinin irəli sürdüyü təklifləri, münaqişə ilə bağlı müzakirəyə çıxartmaq istədiyi məsələləri qulaqardına vurmaqla daha çox Ermənistanın işğal siyasətini ört-basdır edirdi. Bu gün isə öz ərazi bütövlüyünü, suverenliyini təmin edən, separatçı qüvvələri zərərsizləşdirən, məcburi köçkünlərin pozulmuş hüquqlarını bərpa edən, ümumilikdə regionun hərtərəfli inkişafına geniş imkanlar açan Azərbaycanı hədəf almaq, onun sülh səylərinə süni əngəllər yaratmaq bu qurumun məkrli və hiyləgər planlarından xəbər verir. Aydın görünür ki, Azərbaycanın günü-gündən inkişafı, artan iqtisadi qüdrəti, tam müstəqil siyasət həyata keçirməsi dünyanın bəzi dövlətlərini, o cümlədən Fransa və Almaniyanı  çox narahat edir. Məhz bu ölkələrin canfəşanlığı və diqtəsi ilə oynayan AŞPA anti-Azərbaycan, islamafobiya siyasətini həyata keçirir. İkili standartların tətbiqində baş rolda çıxış edir. Azərbaycana mane olmaq üçün isə müxtəlif çirkin vasitələrlə, xüsusən regional və beynəlxalq təşkilatların əli ilə Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edilir, haqq işinə kölgə salmağa çalışılır, qərəz və böhtan dolu qərarlar qəbul olunur.

Bu, erməni lobbisindən qidalanan Azərbaycanofobiya və İslamofobiya təfəkkürlü avropalı deputatların korrupsiya və rüşvətxor əməllərinin təzahürüdür. Bu cür qərarlarla əslində qurumun əsl mahiyyəti ortaya çıxır, dünya ictimaiyyətinin gözündən düşür.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi AŞPA-nın Azərbaycana olan bu yanaşmasını tamamilə əsassız adlandırır və şiddətlə qınayır.

Eləcə də biz Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını düzgün hesab edir və alqışlayırıq. Ona görə ki, bu qurum insan haqlarının müdafiəçisi adı altında gizlənərək xristian klubu və diaspor təşkilatı kimi fəaliyyət göstərir, öz funksiyalarını bir kənara qoyaraq müəyyən qrupların eqoist maraqlarına xidmət edir. Həm də dünyada artıq AŞPA xarakterli təşkilatlara yer qalmadığı, zamanın tələblərinə cavab vermədiyi üçün bu qurumla əməkdaşlıq əhəmiyyətsizdir və vaxt itkisindən başqa bir şey deyil.

Həmçinin biz bəyan edirik ki, AŞPA-nın ölkəmizə bu cılız davranışı heç nəyi dəyişməyəcək. Azərbaycan güclü dövlətdir, regionun lideri, dünya, o cümlədən Avropa üçün son dərəcə əhəmiyyətli və faydalı ölkədir. Odur ki, heç bir dövlət və ya təşkilat ölkəmizlə hədə və təhdid dili ilə danışa bilməz. Agah olsunlar ki, Azərbaycan öz müstəqil və suveren siyasətini bundan sonra da uğurla davam etdirəcək.

AHİK-in İcraiyyə Komitəsi

26.01.2024-cü il




Baxış sayı: 145
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30