FACT-INFO.AZ » QHT » Səttar Möhbalıyev: “20 Yanvar şəhidləri dünyaya xalqımızın kimliyini göstərdi”
21-01-2024, 07:00 | QHT
Səttar Möhbalıyev: “20 Yanvar şəhidləri dünyaya xalqımızın kimliyini göstərdi”

“Azərbaycan xalqının qədim və zəngin tarixinin hər bir səhifəsi qəhrəmanlıq salnaməsidir. Bu tarixə nəzər saldıqca xalqımızın yaratdığı dövlətlərin fəaliyyətində heç zaman təcavüzə rast gəlinmir. Həmin dövlətlər humanist siyasəti, mehriban qonşuluqları ilə dünya tarixində öz yerlərini tutublar. Elə dövrlər də olub ki, xalqımız böyük imperiyaların, təcavüzkar dövlətlərin işğalına da məruz qalıb. Amma buna baxmayaraq, öz mənliyini, kimliyini qoruyub, işğala qarşı usanmadan mübarizə apararaq istiqlalına qovuşub. Hərbi müdaxilə yolu ilə Azərbaycanı öz tərkibinə qatan Sovet hakimiyyətinə qarşı xalqımızın azadlıq mübarizəsi bizim şanlı tariximizin ən qürurlu səhifəsidir. İlk gündə bu işğala qarşı mübarizəyə qalxdı. Ozamankı sovet rəhbərliyi etirazları amansızlıqla yatırsa da, qəddar repressiyalara əl atsa da, azadlıq eşqini xalqımızın qəlbindən çıxara bilmədi”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Sovet hökumətinin Azərbaycana qarşı növbəti təxribatı əzəli və əbədi torpağımız olan Qarabağı Ermənistana birləşdirmək cəhdi idi. Mətin xalqımız bu çirkin plana qarşı və özünün müstəqillik tələbi ilə qətiyyətlə ayağa qalxdı. Günlərlə heç nədən çəkinmədən əzmkarlıqla öz haqq səsini ucaltdı. Totalitar rejimin buna cavabı isə 1990-cı ilin 20 yanvar günü əliyalın xalqa qanlı divan tutmaq oldu. Bu hərəkət Kremlin demokratiya maskasını düşürərək iç üzünü açıb bütün dünyaya nümayiş etdirdi. Göstərdi ki, bu, qəddar bir imperiyadadır, xalqları əsarət altında saxlayır və onların hər bir etirazının qarşısı xüsusi qəddarlıqla alınır. Törədilən hadisə SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə baş tutmuşdu. Əməliyyata isə müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov şəxsən rəhbərlik etmişlər. Həmin günlərdə Bakı ilə yanaşı, Neftçalada, Lənkəranda da dinc əhaliyə qarşı silah işlədildi, insanlar öldürüldü. Ümumilikdə Respublikamızda 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi”, - Milli Məclisin deputatı bildirib.

AHİK sədri vurğulayıb ki, 20 Yanvar hadisəsi Moskvanın gözləntilərini doğrultmadı, əksinə, xalqımızın istiqlal mübarizəsini daha da alovlandırdı: “Hadisənin səhəri günü xalqın heç nədən çəkinməyərək öz qəhrəman oğullarını böyük izdihamla şəhərin ən yüksək yerində dəfn etməsi imperiyaya olan etirazların bilavasitə davamı idi. Həmçinin baş verən hadisə xalqın birliyini daha da möhkəmləndirdi və mübariz etdi. Xalq kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etməyə başladı. Demək olar ki, Moskva Azərbaycandakı sosial dayaqlarını tamamilə itirdi. Və başa düşdü ki, Azərbaycan xalqının istiqlal ruhu alovlanıbsa, heç bir vasitə ilə onu qarşısını almaq, iradəsinin əksinə addımlar atmaq mümkün deyil”.

“Xalqını böyük məhəbbətlə sevən Ulu Öndər Heydər Əliyev Bakıda törədilən qanlı hadisədən xəbər tutan kimi, tətbiq edilən bütün qadağalara baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi. Oradan səsləndirdiyi cəsarətli bəyanatla faciənin təşkilatçılarını qətiyyətlə tənqid etdi və SSRİ rəhbərliyinin bu qanlı əməlini bütün dünyaya çatdırdı. Ulu Öndər bu addımı ilə bir daha göstərdi ki, o, hər zaman xalqı ilə bir yerdədir, onunla bərabər hərəkət edir və xalqın azadlıq mübarizəsinə ürəkdən dəstək verir. Ümummilli Liderin fəaliyyətinin sonrakı mərhələsində də 20 Yanvar faciəsinin araşdırılması, siyasi-hüquqi qiymətin verilməsi, şəhidlərin adlarının əbədiləşdirilməsi mühüm yer tutmuşdur. Məhz bunun nəticəsində bütün həqiqətləri üzə çıxarmaq mümkün oldu”, - Milli Məclisin deputatı deyib.

AHİK sədri qeyd edib ki, 20 Yanvar şəhidlərinin adı daim uca tutulur, onların ailələrinin sosial problemlərinin həll olunması istiqamətində mühüm qərarlar verilir: “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanla şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Məhz onların ruhuna hörmət əlaməti olaraq dəfn olunduqları Şəhidlər xiyabanı təmir olunub və yenidənqurma işləri aparılıb. Bundan başqa, paytaxtın Yasamal rayonunda Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Həmçinin xalqımız 20 Yanvar faciəsinin hər ildönümündə Şəhidlər xiyabanını ziyarət edir, onların müqəddəs ruhlarına dərin ehtiram göstərir. Bu, tariximizə, şəhidlərimizə verilən dəyərin göstəricisidir”.




Baxış sayı: 135
Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031