FACT-INFO.AZ » QHT » Bratislavada 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
20-01-2024, 17:30 | QHT
Bratislavada 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib

Azərbaycanın Slovakiyadakı səfirliyi tərəfindən Bratislava şəhərində bu ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Fact-info.az xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən səfir Vüsal Abdullayev 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında hüzn və kədər, eyni zamanda, qürur və qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu bildirib. Səfir 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin beynəlxalq hüquq normalarına zidd olan əmri ilə sovet qoşunlarının Bakıda və digər şəhərlərdə dinc əhaliyə qarşı qətliam törətdiyini, lakin bu faciənin xalqımızın iradəsini və mübarizə əzmini məhv edə bilmədiyini, həmin gecə Vətən övladlarının fədakarlığının Azərbaycanın dövlət müstəqilliyinin bərpası istiqamətində mübarizədə dönüş nöqtəsi olduğunu vurğulayıb.

Bu xüsusda Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı zamanı ifadə etdiyi qətiyyətli mövqenin ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında, bu qanlı hadisələrə siyasi-hüquqi qiymətin verilməsində mühüm rol oynadığı vurğulanıb.

Diplomat 2020-ci ildə rəşadətli Ordumuzun 30 illik işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə bütün şəhidlərimizin ruhlarını şad etdiyini xüsusi vurğulayıb.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş “Silahdaşlar” sənədli filmi nümayiş etdirilib.




Baxış sayı: 115
Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031