AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi hazırlanıb.
Bu barədə Fact-info.az-a MEK-dən məlumat verilib. Bildirilib ki, sərgidə “Qanlı Yanvar”, “Qara Yanvar şəhidləri”, “Yanvar təlatümü”, “Şəhidlər dastanı”, “Şəhidlər”, “Qara gündəlik”, “Qanlı yanvardan şanlı qələbəyə”, “Erməni lobbisi... Azərbaycan faciəsi”, “Azadlıq carçıları”, “20 yaşlı yanvar”, “Şəhidlərimiz – qürur yerimiz”, “20 Yanvar hadisələri. Sənədlər. Mövqelər. Şərhlər. (1990-2000)”, “Qanlı illər”, “Qanlı yaddaş”, “Dağlıq Qarabağ: tarixi faktlar, hadisələr”, “Şəhid rejissor Azər Nəsiboğlu”, “Ağla, qərənfil, ağla”, “Erməni təcavüzünün xronikası”, “Tarixin qan yaddaşı” və digər kitablar təqdim olunur.
Nəşrlərdə 1990-cı il və ondan əvvəlki illərdə Azərbaycanda gedən, son nəticədə isə 20 Yanvar hadisələrinə gətirib çıxarmış proseslər təhlil olunur, qəhrəmancasına həlak olmuş şəhidlər barədə yazılmış oçerklər, hadisələr zamanı verilmiş əmr, fərman və bəyanatlar yer alır.
Sərgidə, həmçinin Qanlı Yanvar hadisələrini əks etdirən fotoşəkillər də nümayiş olunur. Kitabxananın fondlarındakı Azərbaycan və xarici dillərdə olan nəşrlərin virtual sərgisi ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil edilib.
Baxış sayı: 115
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
