“Azərbaycan 7 fevralda dünyaya möhtəşəm demokratik seçki nümunəsi göstərəcək”. Bunu secki-2024.az saytına açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib. Diplomat qeyd edib ki, indiyədək keçirilmiş prezident, parlament və bələdiyyə seçkiləri nəticəsində Azərbaycanda kamil seçki mədəniyyəti formalaşıb: “Bu illər ərzində Mərkəzi Seçki Komissiyası da zəngin təcrübə toplayıb, müasir infrastruktur və texniki imkanlar əldə edib. Modern texnologiyalara əsaslanaraq, seçicilərin səsvermə prosesində iştirakı təmin edilir”.
H.Kılıç Azərbaycanın seçki mühitini və seçki qanunvericiliyini də yüksək qiymətləndirib: “Azərbaycan Respublikasının Konstitusiyası demokratik prinsiplərə əsaslanan insan hüquq və azadlıqlarına təminat yaradır. Bu prinsip seçki prosesləri üçün də keçərlidir. Namizədlərə bərabərhüquqlu şərait yaradılıb. Belə şərait onlara imkan verir ki, seçki prosesində öz potensiallarını realizə etsinlər”.
Diplomat qeyd edib ki, 7 fevral prezident seçkiləri yeni mühitdə baş tutacaq: “Seçicilər ilk dəfə Qarabağ bölgəsində və Şərqi Zəngəzurda səs verəcəklər. Bu bölgələrdə şəffaf səsvermə prosesinin təşkil edilməsi üçün bütün şərait yaradılıb. Seçkiləri izləyəcək minlərlə müşahidəçi bunun şahidi olacaq”.
Baxış sayı: 115
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
