Təşkilat, eyni zamanda, ABŞ ictimaiyyətinin və siyasi dairələrinin, o cümlədən ABŞ Prezidentinin, vitse-prezident, dövlət katibi və qanunvericilərin məlumatlandırılması kampaniyasına start verib.
Şəbəkənin yaydığı müraciətdə deyilir ki, ABŞ hökuməti tərəfindən terror təşkilatlarının siyahısına daxil edilmiş Kürd Fəhlə Partiyasının (PKK) terror fəaliyyəti nəticəsində 1970-ci illərdən bu günədək Türkiyənin 30 mindən çox günahsız vətəndaşı həlak olub. Məktubda, həmçinin bildirilir ki, Türkiyə NATO-nun üzvü və terrorizmə qarşı qlobal mübarizədə əsas oyunçudur.
ABŞ Azərbaycanlıları Şəbəkəsi bu ölkənin qanunvericilərini Türkiyəni düşmənlərdən qorumağa və maliyyə vəsaitlərindən terror məqsədilə istifadə edə biləcək hər hansı qruplara dəstək göstərilməsinin qarşısının alınması üçün mümkün olan bütün tədbirləri görməyə çağırır.
Baxış sayı: 2 115
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

