FACT-INFO.AZ » QHT » Səttar Möhbalıyev: “Ölkəmizdə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblər”
7-01-2024, 10:30 | QHT
Səttar Möhbalıyev: “Ölkəmizdə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblər”

"Daim insan hüquqlarından, demokratiyadan bir alət kimi istifadə edən ABŞ-nin bu məsələlərdə, ümumiyyətlə, səmimi olmadığı hamıya məlumdur. Dövlət Departamentinin illik hesabatları isə adətən qərəzli olması ilə daha çox diqqət çəkir. Hesabatlarda göstərilənlər həqiqəti yox, ABŞ-nin görmək istədiyi kimi qeyd olunur. Qurumun dini azadlıqlarla bağlı sonuncu hesabatı da bu siyasətin bilavasitə davamıdır. Burada Azərbaycana aid məqamlar, demək olar ki, cəfəngiyyatdır, tamamilə böhtan üzərində qurulub".

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif dinlərin mənsubları arasında qarşılıqlı etimad mühiti mövcuddur: "Ayrı-ayrı dinlərə aid ibadət yerləri tam sərbəst şəkildə fəaliyyət göstərir. Həmçinin istər müsəlman, istərsə də qeyri-müsəlman dini icmalarına dövlətimiz tərəfindən hərtərəfli dəstək göstərilir. Eləcə də ölkə başçısı cənab İlham Əliyev dini bayramlarda onlara təbrik məktubları ünvanlayır, xoş arzularını çatdırır. Bir sözlə, ölkəmizdə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək mehriban ailə kimi yaşayır və həmrəyliyini qoruyur. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın nümunəvi məkanlarından biri kimi tanıdır. Odur ki, sözügedən hesabatda Azərbaycanla bağlı qeyd olunan fikirlər yalandır, ölkəmizin dünyada artan nüfuzuna kölgə salmaq, mənfi fikir formalaşdırmaq məqsədi daşıyır".

"Məlumdur ki, hesabatın bizə aid bölməsi etnik erməni Daniella Aşbaxyan tərəfindən hazırlanıb. Ondan da obyektiv yanaşma gözləmək, ən azından sadəlövhlük olardı. Çünki o, ədaləti bir kənara qoyaraq daha çox lobbi maraqları ilə hərəkət edir. Bundan başqa, Dövlət Departamenti başını qaldırıb dini zəmində öz ölkəsində baş verən xoşagəlməz hadisələrə, hətta qətllərə baxsaydı, daha yaxşı olardı. Bu istiqamətdə ABŞ-də vəziyyət xeyli bərbaddır, məhz dini mənsubiyyət səbəbindən öldürülənlərin sayı ildən-ilə yüksəlir. Bunun qarşısını almaq əvəzinə, hansısa dövləti dini azadlıqlarla bağlı ittiham etmək sadəcə məsuliyyətsizlikdir", - Milli Məclisin deputatı vurğulayıb..




Baxış sayı: 140
Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031