FACT-INFO.AZ » QHT » Bayrağımızı düşmənə təslim etməyən şəhid Natiq Qasımovun doğum günüdür
2-01-2024, 14:00 | QHT
Bayrağımızı düşmənə təslim etməyən şəhid Natiq Qasımovun doğum günüdür

Bu gün Azərbaycanın cəsur döyüşçüsü, təkbaşına erməni silahlı birləşmələrinə qarşı beş gün ərzində döyüşən, son ana qədər Azərbaycanın dövlət bayrağını mühafizə edən əsgər Natiq Qasımovun doğum günüdür.

Fact-info.az xəbər verir ki, N.Qasimov 1971-ci ilin yanvarın 2-də Gədəbəy rayonun, Kiçik Qaramurad kəndində anadan olub.

 Ermənistan silahlı birləşmələrinin Azərbaycanın ərazilərinə hücumundan sonra o, 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilən “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.


N.Qasımovun Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı göstərdiyi şücaət Rusiyada nəşr edilən “Oqonyok” jurnalında maraq doğurub və nəşr bununla bağlı 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” (Qorxu) adlı məqalə dərc edib.

Məqalədə də qeyd edildiyi kimi, Azərbaycan əsgəri N.Qsımov 6 döyüş yoldaşı ilə birgə böyük qüvvə ilə döyüşə atılan erməni silahlı qüvvələrinə qarşı mübarizə aparıb. Döyüş yoldaşlarının hamısının həlak olmasına baxmayaraq o, 5 gün ac-susuz Alban kilsəsində qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürlməsi faktını əks etdirən çoxsaylı fotoşəkil var.


N.Qasımovun 5 gün ərzində təkbaşına döyüşməsi və məğlub edilə bilinməməsi erməni hərbçiləri arasında ruh düşkünlüyü yaratmışdı. Azərbaycan əsgəri Xocalıda əsir götürülən mülki şəxslərin öldürülməməsi şərti ilə könüllü şəkildə təslim olub.




Baxış sayı: 85
Nəticəsiz danışıqlar, baş tutmayan sövdələşmələr müharibə riskini artırır Bu gün, 14:00 "Ekoloji vəsaitlərə nəzarət gücləndirilməlidir" Bu gün, 13:30 Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30