FACT-INFO.AZ » QHT » QALİB AZƏRBAYCANIN MƏRD ƏSGƏRİNƏ EŞQ OLSUN!
1-01-2024, 20:30 | QHT
QALİB AZƏRBAYCANIN MƏRD ƏSGƏRİNƏ EŞQ OLSUN!

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə  “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində bayram tədbiri təşkil edildi.

Fact-info.az  Zefernews.az-a istinadən xəbər verir ki, Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri “Xəyal Media Qrup”un rəhbəri Xəyal Qurbani aparıcı olaraq, 44 günlük müharibədə Vətən tarixini şanlı zəfərlə yazan Azərbaycan əsgərinin yenilməzliyindən, Vətən sevgisindən, mübarizliyindən söz açaraq Azərbaycanımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşmüş, Dövlət bayrağını işğaldan azad olunan torpaqlarımızda qaldırmış və bu qəhrəmanlıq dastanında öz canlarını fəda etməklə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin xalqımızın qəlbində unudulmayacaq bir iz buraxdığını xüsusi olaraq qeyd etdi.
Vətənimizin təhlükəsizliyi və sərhədlərinin toxunulmazlığı naminə xidmət edən qəhrəman əsgər və zabitlərimizin həyat yolu gənc nəsil üçün bir vətənpərvərlik məktəbidir. 44 günlük Vətən müharibəsində qədim xalqımızın zəngin hərb tarixində növbəti şanlı səhifə açmış Silahlı qüvvələrimizin hər bir üzvü qəhrəman ulu əcdadlarının layiqli davamçılarıdır. Xalqımız onlarla fəxr edir və qürur duyur.
Bayram tədbirində Azərbaycanın tanınmış incəsənət nümayəndələri – Respublikanın  əməkdar artisti Kəmalə Vahabzadə, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Məhbubə Kərimli, Beynəlxalq Vokalçılar Festivalının laureatı, ADMİU-nin magistri Xasay Şıxıyev, Baba Dərələyəzli, Nurlan Ordubadlı, Sevinc Şuşalı zəfər ruhlu  mahnılar ifa etdilər. Onları nağarada Ağəli Fərəcullayev, sazda İlqar Babayev, sintezatorda  Bəhruz Məmmədov  müşayiət etdi.
Qeyd edək kı, “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin icraçı direktoru Jalə İbadova,  BTB Holdinqin direktoru Amil İsmayılov, AYB və Anasan Yazıçılar Birliyinin üzvü, “Gold Faces Of Turkey Awards” mükafatçısı, yazıçı-publisist  Quba şəhər 6 saylı tam orta məktəbin direktor müavini Cəmafər Əliyeva, Hacıbala Əhmədov tədbirdə  iştirak etdilər.
Bayram tədbirinin sonunda söz “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin və www.zefernews.az saytının rəhbəri Pərvanə Abdullayevaya verildi. Pərvanə xanım bu günü qəhrəman oğullarımızla birgə qeyd etdiklərinə görə çox böyük qürur hissi keçirdiyini xüsusi olaraq qeyd etdi və  yaradılan bu fürsət üçün hərbi hissənin rəhbərliyinə göstərdiyi böyük etimada görə dərin təşəkkürünü bildirdi. 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə hərbi hissənin əsgər və zabit heyətini səmimi qəlbdən təbrik edib, onlara müvəffəqiyyətlər arzuladı.
Bayram konsertinin keçirilməsində əməyi olan bir qrup şəxsə “N” saylı hərbi hissənin Fəxri Fərmanı təqdim olundu.




Baxış sayı: 275
Nəticəsiz danışıqlar, baş tutmayan sövdələşmələr müharibə riskini artırır Bu gün, 14:00 "Ekoloji vəsaitlərə nəzarət gücləndirilməlidir" Bu gün, 13:30 Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30