FACT-INFO.AZ » QHT » Şəhidlərimizin xatirəsinə Quran ziyafəti təşkil olunub
1-01-2024, 16:00 | QHT
Şəhidlərimizin xatirəsinə Quran ziyafəti təşkil olunub

Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin ruhuna ithafən Qurani-Kərim ziyafəti təşkil olunub.

Fact-info.az xəbər  verir ki, tədbiri giriş sözü ilə Türkiyə Səfirliyinin Din İşləri müşaviri İhsan Açık açıq elan edib. O öz çıxışında Quran ziyafətini şəhidlərə vəfa olduğunu və onları unutmadığımızın nümunəsi olduğunu qeyd edib. Quranı oxumaq sünnət, dinləmək fərzdir. Biz unutsaq bizi də unudarlar. Biz xatırlasaq bizi də xatırlayarlar. Dünyada şəhid olan müsəlmanlara da Allahdan rəhmət diləyib. Natiq öz çıxışında Qafqaz islam ordusu şəhidlərini, Qarabağ şəhidlərini, Xocalı şəhidlərini, 20 yanvar şəhidlərini, 44 günlük vətən müharibəsi şəhidlərini rəhmətlə anıb. Artıq beşinci Quran ziyafətinin keçirildiyini və bu gözəl ənənənin davam edəcəyini vurğulayıb.

Tədbirdə iştirak edən edən şəhid ana və atalarını, qardaş və bacılarını salamlayıb.

Anım proqramında iştirak edən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağçı tədbir iştirakçılarını salamlayıb, Türkiyədən gələn dəyərli qonaqlara öz təşəkkürünü bildirib. Həyata keçirilən bu kimi fəaliyyətlərin şəhidlərimizə hörmət və diqqətin nəticəsi olduğunu qeyd edib. Birlik və həmrəyliyin vətən uğrunda verilən mübarizədən başladığını vurğulayıb. Bu işdə vətən üçün ən yaxşı töhfəni isə şəhidlərin verdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə öz çıxışında tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və bütün şəhidlərə Allahdan rəhmət diləyib. O öz çıxışında şəhidlər bizim qürur mənbəyimizdir. Onları anmaq, yad etmək hər birimizin borcudur deyib. Dünyada hər zaman sülh və əminamanlıq olmasını niyaz edib.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi Səbail rayonu üzrə bölgə Qazısı, Şəhidlər məscidinin imamı Mirzaid Qənbərov öz çıxışında tədbirin təşkilatçılarına və Türkiyədən gələn qonaqlara öz təşəkkürünü bildirib, xətm proqramının əhəmiyyətindən danışıb. Bütün şəhid ailələrinə Allahdan səbir diləyib və bu kimi tədbirlərin davamlı olmasını arzulayıb.
Rəsmi çıxışlardan sonra Bursa Mehrablı Külliyə Camii İmamı Hasan Akdağoğlu, Şəhadət Caminin İmamı Abdulkadir Açık və Ulu Caminin Müəzzini Adem Saygılı, Hafiz Elvin Qurbanov öz gözəl Qurani-Kərim qiraətləri ilə Qurani-Kərim ziyafətinə töhfələrini veriblər. Bütün qiraətlərdən sonra məscid imamları tərəfindən oxunan ayələrin Azərbaycan dilində məali tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda məşhur qarilər tərəfindən sala və ilahilər oxunub.
Bursa şəhəri Osmanqazi bölgəsinin təqaüddə olan müftisi Mehmet Açık tərəfindən bütün şəhidlərimizin ruhuna dualar edilib.

Tədbir iştirakçılarına şəhidlərimiz adına ehsan süfrəsi açılıb.




Baxış sayı: 110
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031