FACT-INFO.AZ » QHT » Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Vaşinqtonda qeyd edilib
31-12-2023, 08:00 | QHT
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Vaşinqtonda qeyd edilib

ABŞ-ın Vaşinqton şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr edilmiş bayram tədbiri keçirilib.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizin ABŞ-dakı səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan icmasının nümayəndələri və xarici qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov çıxışlarında icma üzvlərini Ümummilli Lider Heydər Əliyev tərəfindən dünya azərbaycanlılarına ərməğan olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik ediblər.

Səfir X.İbrahim qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və igidlərimizin şücaəti və qəhrəmanlığının nəticəsidir. Səfir dövlətimizin Qələbəsinin yalnız Vətənimizdə deyil, eyni zamanda, ABŞ-da da bizlərə fərqli hisslər yaşatdığını bildirib. X.İbrahim 2024-cü ildə birgə səylərimizin daha da fəal olacağına və birlikdə Azərbaycanımızın daha gözəl gələcəyi üçün səylər göstərəcəyimizə ümid ifadə edib.

Səfir X.İbrahim son olaraq qalib Azərbaycanın adının ABŞ-da yüksək səviyyədə təmsil olunması naminə fədakar xidmətlər göstərən diaspor fəallarına minnətdarlığını bildirib.

Bayram tədbiri musiqi proqramı ilə davam edib.

Konsertdən sonra qonaqlara Azərbaycan mətbəxinin ləziz taamları təqdim edilib.




Baxış sayı: 135
Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır Bu gün, 15:00 Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq Bu gün, 13:00 Qarabağ Universitetində tələbələrlə görüş keçirilib Dünən, 20:30 Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar Dünən, 19:30 Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb Dünən, 19:00 “Tədqiqatlarda süni intellektin tətbiqi” Dünən, 14:30 EU Council delegation visits Azerbaijan’s liberated territorie Dünən, 14:30 Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb Dünən, 14:30 Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin Dünən, 11:30 Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir Dünən, 10:30 İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir Dünən, 10:30 Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir Dünən, 07:30 Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir 1-10-2026, 18:00 BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub 1-10-2026, 18:00 “Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi 1-10-2026, 17:00 Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər 1-10-2026, 15:00 Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır 1-10-2026, 12:30 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb 1-10-2026, 12:00 Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb 1-10-2026, 11:30 Hərbçilərimiz Gürcüstanda keçirilən təlimdə iştirak ediblər 1-10-2026, 10:30 Marko Rubio İran nümayəndə heyətinin Amerikanı dərhal tərk etməsini tələb edib 1-10-2026, 09:00 İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib 1-10-2026, 09:00 Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq 30-09-2026, 20:30 Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub 30-09-2026, 18:30 Hikmət Hacıyev Litva səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib 30-09-2026, 18:00 President Ilham Aliyev's social media accounts shared post on ADEX 2026 exhibition 30-09-2026, 17:30 Abşeron Sağlamlıq Mərkəzi: ”Bir ünvan... Bir hiss... Min xatirə...” 30-09-2026, 12:00 Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur 30-09-2026, 12:00 Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir 30-09-2026, 10:00 “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti 30-09-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031