FACT-INFO.AZ » QHT » QƏHRƏMANLARIMIZIN ÖVLADLARI ƏMANƏTİMİZDİR! adlı tədbir keçirilib
30-12-2023, 23:00 | QHT
QƏHRƏMANLARIMIZIN ÖVLADLARI ƏMANƏTİMİZDİR! adlı tədbir keçirilib

“Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Blue Mall”-da “Qəhrəmanlarımızın övladları əmanətimizdir” adlı yeni il şənliyi keçirildi. Şənlik itkin düşmüş və şəhid olmuş qəhrəmanlarımızın övladları üçün nəzərdə tutulmuşdu.

Fact-info.az Zefernews.az-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin aparıcısı  “Xəyal Media Qrup” YİB-nin rəhbəri Xəyal Qurbani tərəfindən  bayram tədbiri açıq elan ediləndən sonra ilk söz  “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin və  www.zefernews.az saytının rəhbəri Pərvanə Abdullayevaya verildi. Pərvanə xanım tədbir iştirakçılarını və dəvət edilmiş qonaqları salamlayaraq şəhid övladlarının valideynlərinə dəvəti qəbul edib iştirak etdiklərinə görə dərin təşəkkürünü bildirdi. Bu şənliyin onların övladları üçün təşkil edildiyini və uşaqların əylənə bilməsi üçün bütün şəraitin yaradıldığını vurğuladı.
Sonra ehtiyatda olan polkovnik Mehman Qədiməliyev, Milli Məclisin deputatı Vüqar İsgəndərov,QHT və media rəhbəri  Əkrəm Bəydəmirli, Birinci Qarabağ müharibəsi veteranı polkovnik Niyazi Xəlilov, şəhid və qazi ailələrinə təmənnasız xidmət edən ”999 Kvant Enerji Mərkəzi”nin bioenerji-şəfa uzmanı, şairə Xəyalə Dəniz, Qarabağ döyüşlərində itkin düşmüş Əlibala Abdullayevın bacısı Məsmə Bağırova, Quba 6 saylı məktəbin direktor müavini Cəmafər Əliyeva, şairə-publisist Tubu İman tədbirdə çıxış etdilər.

Onlar tariximizin şanlı səhifəsi olan “Dəmir Yumruq” əməliyyatının xalqımızın vahid məqsəd uğrunda sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandanımızın siyasi, diplomatik və hərbi sahədə uzaqgörənliyi, Silahlı qüvvələrimizin Vətən sevgisi və peşəkarlığı, eyni zamanda dünya azərbaycanlılarının vahid amal uğrunda həmrəyliyi və birliyinin nəticəsində qalibiyyətlə başa çatdığını xüsusi olaraq vurğuladılar. Natiqlər qeyd etdilər ki, 44 günlük qəhrəmanlıq salnaməsində şəhidlik zirvəsinə ucalmış və qazi adını qazanmış əsgər və zabitlərimizin övladları bizə əmanət və qəhrəman oğullarımızın yadıgarıdır. Biz hər zaman onların yanıda olmalıyıq.
Bayram tədbirində  “Blue Mall”un təşkilatı dəstəyi xüsusi vurğulandı. Belə ki, tədbirin keçirildiyi məkan, uşaqların sevimli personajları ilə qarşılaşması, Şaxta baba və Qar qızla maraqlı görüşü, eləcə də nahar süfrəsi “Blue Mall Residence”in rəhbərliyi tərəfindən təşkil edilmişdi.
“Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin icraçı direktoru Jalə İbadova bu bayram tədbirinin yüksək səviyyədə keçirilməsində Jalə İbadovanın yorulmaz əməyini qeyd etməliyik. Birinci Qarabağ müharibəsi veteranı polkovnik Niyazi Xəlilov və Əsma Azizi 50 nəfər şəhid övladına yeni il hədiyyələrini təqdim etdilər.
Beynəlxalq müsabiqələr laureatı Mehdi Maisoğlu və aparıcı-müğənni Şirin Hüseynov öz mahnıları ilə çıxış etməklə tədbiri daha da rəngarəng etdilər.
Tədbir yeni, 2024-cü ildə Vətənimizə, xalqımıza xoş arzularla başa çatdı.




Baxış sayı: 290
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031