İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) kitabxanasının açılışı və “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar silsiləsinin təqdimatı mərasimi olub. Tədbirdə təşkilata üzv ölkələrin nümayəndələri iştirak ediblər.
Fact-info.az TDT-nin rəsmi saytına istinadla xəbər verir ki, TDT-nin Katibliyində keçirilən mərasimdə çıxış edən təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyev və Özbəkistan Prezidentinin müşaviri, yazıçı Hayriddin Sultanov türk xalqlarının ədəbi irsinin təbliği və qorunub saxlanılması istiqamətində həyata keçirilən layihələrdən bəhs ediblər.
Türk dünyasının klassik və müasir ədiblərinin, o cümlədən Azərbaycanın yazıçı və şairlərinin əsərlərinin daxil olduğu 100 cildlik TDT kitabxanasının fonduna daxil edilib, habelə Türkiyənin Prezident Kitabxanası və universitetlərin kitabxanalarına hədiyə olunub.
Tədbir iştirakçıları bu qiymətli əsərlər toplusunun nəşrinə görə TDT-ə sədrlik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkürlərini bildiriblər.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
