AZƏRTAC xəbər verir ki, məqalənin əvvəlində Azərbaycanın coğrafi mövqeyi, zəngin enerji resursları barədə məlumat verilir.
Yazıda Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında oynadıqları rol barədə ətraflı söhbət açılır. Qadınların parlamentdə geniş təmsil olunduqları diqqətə çatdırılır. Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə BMT komitəsinin hazırladığı hesabatda da bunun öz əksini tapdığı vurğulanır.
Müəllif Azərbaycanda qadınların sahibkarlıq fəaliyyəti ilə də məşğul olduğu, təhsil sahəsində aparıcı mövqe tutduğu barədə məlumat verir. Yerli icra hakimiyyətlərinin böyük əksəriyyətində başçıların müavinlərinin qadınlar olduğu bildirilir.
Məqalədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti, onun təşəbbüsü ilə həyata keçirilən mədəniyyət layihələri, müxtəlif xeyriyyə tədbirləri barədə də məlumat verilir.
Baxış sayı: 1 725
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

