FACT-INFO.AZ » SİYASƏT » Hikmət Hacıyev: "Yerevan öz yalanlarını ifşa edir"
11-08-2015, 09:15 | SİYASƏT
Hikmət Hacıyev: "Yerevan öz yalanlarını ifşa edir"

Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyi və digər dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə əsi r və itkin düşmüş, girov götürülmüş şəxslərin işi üzrə keçirilən tədbirdə səslənən fikirlərlə bağlı deyib. Onun sözlərinə görə, 2014-cü ilin sonunda prezidentlərin Paris görüşündə əsir və itkin düşmüş və girov götürülmüş şəxslərin işi üzrə münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə məlumat mübadiləsi və əməkdaşlıq təklif olunub: “Ermənistanın təcavüz və işğalı nəticəsində 4000-dən artıq vətəndaşı itkin düşmüş hesab olunan Azərbaycan tərəfi humanist məram daşıyan bu təklifə hazırlığını ifadə edib.   Şahidlərin ifadələri və əməliyyat-istintaq materialları əsasında Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılar, o cümlədən mülki şəxslərin ən qəddar işgəncələrə məruz qoyulduqları, kütləvi şəkildə öldürüldükləri və kütləvi məzarlıqlarda basdırıldıqları faktları sənədləşdirilib. Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə azərbaycanlı əsir və girovların olmadığı barəsində absurd fikirlə çıxış edən rəsmi Yerevan əslində öz yalanlarını ifşa edir. Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov kimi qanunsuz saxlanmaları buna əyani sübutdur”.

Hikmət Hacıyev qeyd edib ki, “institusional yaddaş zəifliyi”ndən əziyyət çəkən Ermənistan tərəfinə 90-cı illərin sonu və 2000-ci illərin əvvəlində Ermənistanın özü tərəfindən də əsir və girovluqda olduğu təsdiq olunmuş və sonradan barələrində heç bir məlumat verilməmiş şəxsləri xatırlatmaq kifayətdir: “Hesab edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təzyiqi və Beynəlxalq Qızıl Xaç Komitəsinin təsiri nəticəsində girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməli və Ermənistan ərazisində və işğal edilmiş ərazilərdə olan kütləvi məzarlıqlar açılmalı və insan qalıqları əsasında DNT məlumat bazası yaradılmalıdır. Nəticədə, DNT analiz vasitəsilə itkin düşmüş şəxslərin taleləri müəyyənləşdirilə və 20 ildən artıq öz yaxınları haqqında xəbər gözləyən ailələrə məlumat verilə bilərdi. Ermənistan tərəfinin yürütdüyü qeyri-insani siyasətinin nəticəsidir ki, hər biri fərdi əsasda tədqiq edilməli olan bu faktlar araşdırıla bilinmir və öz beynəlxalq hüquqi məsuliyyətini dərk edən Ermənistan müxtəlif bəhanələrlə prosesə maneə olmağa çalışır”.

 

Bu əməllərə görə Ermənistanın hüquqi məsuliyyətinə aydınlıq gətirən H.Hacıyev bildirib ki, Ermənistanın hüquqi məsuliyyəti dedikdə burada bu cinayət əməllərini həyata keçirmiş və ya bu barədə əmrlər vermiş Ermənistanın hərbi və mülki vəzifəli şəxslərinin və dövlət olaraq, Ermənistanın məsuliyyəti vardır: “İkrah doğuran hal odur ki, hələ də bu şəxslər Ermənistanın siyasi, hərbi idarəçiliyində və hüquq-mühafizə orqanlarında yüksək vəzifələr tuturlar.  Bu əməlləri törətməklə, Ermənistan tərəfindən bir dövlət olaraq, Cenevrə konvensiyaları, mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt, iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya, bütün növ irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə konvensiya, işgəncələr əleyhinə konvensiya və silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və digər beynəlxalq sənədlər üzrə öz üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulub. Beynəlxalq hüquqi mexanizmlərdən istifadə edərək, Azərbaycan tərəfi bu əməlləri törətmiş Ermənistanın hərbi və mülki vəzifəli şəxsləri və Ermənistanın dövlətinin məsuliyyətinin müəyyən olunması istiqamətində fəaliyyətini davam etdirir”. (apa)

 



Baxış sayı: 2 167
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30