Bizim Dağlıq Qarabağ problemi kimi böyük problemimiz var. Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən Sovet imperiyası zamanı işğal olunub.
Bunu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla Misir Ərəb Respublikasının məşhur “Əl-Əxbar” media holdinqinin “Əxbar-əl ədəb” (“Ədəbiyyat xəbərləri” ) qəzetinin baş redaktoru Tarik-əl-Tahir Hifniyə müsahibəsində deyib.
O bildirib ki, bütün dünyanın sülh sevən ölkələri Ermənistanı bu işğala son qoymağa çağırır, amma Ermənistan rəhbərliyi hətta öz xalqının belə düşməninə çevrilərək bu işğalçı siyasətini davam etdirir: "Sizə bir fakt deyim. Bakının mərkəzində gözəl bir bina var - erməni kilsəsidir, bu gün kitabxana kimi fəaliyyət göstərir. Amma Dağlıq Qarabağda bu gün Azərbaycan müsəlman məscidləri, mədəni, mənəvi abidələr hamısı darmadağın edilib".
K.Abdulla bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya, Bolqarıstan və Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində filialları fəaliyyət göstərir. (report)
Baxış sayı: 1 615
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

