FACT-INFO.AZ » SİYASƏT » “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda" kitabının təqdimatı keçirilir
1-12-2016, 09:05 | SİYASƏT
“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda" kitabının təqdimatı keçirilir

 

 Milli Məclisin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində çap edilmiş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının təqdimatı keçirilir. 

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə kitabın əhəmiyyətindən danışıb. O qeyd edib ki, E.Axundova kitabda qarşıya qoyulan məqsədin öhdəsindən uğurla gəlib, öz qələmi ilə Prezidentin orjinal portretini yarada bilib. 

A.Əlizadə bildirib ki, bu əsərin dilinin bədiiliyi, sadə obrazı, kitabda çoxsaylı sənədlərin istifadəsi, müsahibələrin, qaynaqların olması kitabın əhəmiyyətini daha da artırır. 

AMEA prezidenti vurğulayıb ki, İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində ölkə iqtisadiyyatında keçid dövrü başa çatıb, Azərbaycanın strateji mövqeyi möhkəmlənib, müdafiə qabiliyyəti güclənib və Azərbaycan regionun lider dövlətinə çevrilib: “Ölkəmizdəki bu dəyişiklikləri və hərtərəfli inkişafı müşahidə edərkən mən bir daha əmin oluram ki, Azərbaycan xalqı nə qədər düzgün seçim edib. Azərbaycanı intellektli və işıqlı gələcəyə aparan yeganə qüvvə cənab Prezident İlham Əliyevdir”. 

A.Əlizadə bildirib ki, hazırda dünyada iqtisadi və siyasi böhranın müşahidə olunduğu bir şəraitdə Azərbaycan bu risklərdən qorunur, ölkəmizdə sabitlik möhkəmlənir, sosial-iqtisadi inkişaf davam edir və Azərbaycanda multikultural bir mühit yaranıb: “Kitabda bu məqamlar geniş əks olunub. Bu kitab Azərbaycan həqiqətlərinin rus dili vasitəsilə dünyada tanıdılmasına böyük töhfə verəcək. Bu əsərin ingilis və dünyanın aparıcı xalqlarının dillərində nəşr edib yayılması faydalı olardı”. 

Daha sonra çıxış edən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov qeyd edib ki, E.Axundovanın qələmə aldığı bu kitab Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti və Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü işləri dolğun şəkildə əks etdirir. 

U.Ələkbərov bildirib ki, bu əsər gələcək araşdırmalar üçün çox etibarlı bir mənbə hesab edilə bilər: “Azərbaycanın əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin strateji qələbəsi kimi qeyd edilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və Azərbaycanın davamlı və hərtərəfli inkişafını sürətləndirən layihələr həm milli maraqlara xidmət edir, həm də regional və qlobal inkişafa yönəlir. Azərbaycanda qəbul edilən bir sıra qərarlar qlobal səviyyədə qəbul edilən qərarları qabaqlayır”. 

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatları Musa Quliyev, Mixail Zabelin, Rasim Musabəyov Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasət və ölkəmizin inkişafı barədə danışıblar, görülən işlərin, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında kitabın əhəmiyyətindən bəhs ediblər. 

Qeyd edək ki, nəfis tərtib olunmuş kitabda E.Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır, onun uğur fenomenini təhlil edir. Açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin xalqımızın ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən insanlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir.

 

 

 




Baxış sayı: 1 670
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031