Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır. Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin özəl pilot taxılçılıq təsərrüfatında Beyləqan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Prezident İlham Əliyev məhsuldarlığı da artırmağın vacibliyini vurğulayaraq bildirib ki, əgər taxılçılıqda məhsuldarlıq 40-45 sentnerə qalxsa, biz mövcud olan əkin sahələri ilə öz tələbatımızı ödəyəcəyik. Dövlətin aqrar sektorun inkişafı üçün özündən asılı olan bütün addımları atdığını qeyd edən Prezident deyib: “Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Dövlət tərəfindən fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayrılır, infrastruktur yaradılır”.
Baxış sayı: 1 725
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

