Bunu APA-nın Moskva müxbirinə eksklüziv açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Hesab edirik ki, Dağlıq Qarabağın statusu danışıqlarda müəyyən olunmalıdır. Bununla əlaqədar hazırda onun yeni adlandırılmasının ortaya çıxması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinə təsir etməyəcək”, – deyə M. Zaxarova Dağlıq Qarabağ separatçılarının qondarma qurumun adını dəyişdirmək niyyətinə münasibət bildirərkən söyləyib.
Rusiya XİN sözçüsü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin Hamburqda ATƏT-ə üzv ölkələrin XİN başçılarının görüşündə müzakirə olunub-olunmayacağına da aydınlıq gətirib:
“Həmsədrlikdə olan tərəfdaşlarımızla birlikdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinə vasitəçilik yardımı göstərməkdə davam edirik, bu baxımdan noyabrın 10-da Vyanda ATƏT daimi şurasında, eləcə də Minsk qrupunun iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə baxılacaq. İnanırıq ki, bu iş ATƏT XİN başçılarının Hamburqda dekabrın 8-9-da keçirilək iclasında da davam etdiriləcək”.
Baxış sayı: 1 658
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

