AZƏRTAC xəbər verir ki, bu fikirləri Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından onun və həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə verilmiş rəsmi ziyafətdə bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Xorvatiya dövlətinin başçısı deyib: “Biz Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Sizin göstərdiyiniz səylərə dəstək olmağa davam edəcəyik və bu məsələdə Sizə uğurlar arzu edirəm. Hamımız sülh razılaşmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Minsk qrupunun fəaliyyətinə əsaslanacağına ümid edirik”.
“Biz, həmçinin Avropa İttifaqında da sizin yanınızda olacağıq. Sizi yenə də əmin etmək istəyirəm ki, həm NATO-da, həm də Avropa İttifaqında dostunuz var. Biz strateji tərəfdaşlıq razılaşmasının məqsədyönlü və həqiqətən də strateji olması üçün fəal çalışacağıq”, - deyə Prezident Kolinda Qrabar-Kitaroviç bildirib.
Baxış sayı: 1 846
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

