Ermənistanın 1987-ci ilin sonunda başladığı Azərbaycanın Dağlıq Qarabağ regionunun qəsb edilməsi siyasətindən danışılır. Azərbaycan SSR parlamenti və SSRİ Ali Sovetinin Rəyasət Heyəti erməni millətçilərinin Azərbaycan ərazilərini Ermənistana birləşdirmək tələblərini rədd etdikdən sonra Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başladı və 1992-cı ilin ortalarına doğru azərbaycanlı əhalini ölkənin Dağlıq Qarabağ regionundan qovdu.
Sonra məqalədə Ağdam rayonu, məcburi köçkünlər və Ağdamın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Azərbaycana vurulan ziyan barədə statistik məlumatlar gətirilir. BMT Təhlükəsızlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair 1993-cü il tarixli dörd qətnaməsinin və BMT Baş Məclisinin 2008-ci il tarixli qətnaməsinin əhəmiyyətini qeyd edən müəllif ABŞ hökumətini Ermənistana təzyiq göstərməyə, onu beynəlxalq qurumların qətnamələrinə riayət etməyə, işğalçı qoşunlarını suveren Azərbaycanın ərazilərindən çıxarmağa və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına şərait yaratmağa məcbur etməyə çağırır.
Xatırladaq ki, “Journal Star” qəzetində müraciət ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinin Ermənistan-Azərbaycan münaqişəsinin reallıqları və Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə məlumatlandırılmasına dair ənənəvi kampaniyası çərçivəsində dərc olunub.
Baxış sayı: 2 317
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

