APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İnsan Hüquqları Komitəsinin Cenevrədə keçirilən 118-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın icrası üzrə 4-cü dövrü hesabatının təqdim olunduğu iclasda çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistan 20 ildir, bu işğalı davam etdirir: “Bu il isə beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deməkdir. Bu işğal və etnik təmizləmə nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, əsas insan hüquq və azadlıqlarından məhrum edilib. Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub, insanları qətlə yetirib, hərbi cinayətlər törədib. Xocalı faciəsi baş verib. Lakin Azərbaycan münaqişəsinin sülh yolu, ilə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin tərəfdarıdır”.
Baxış sayı: 2 014
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

