FACT-INFO.AZ » SİYASƏT » "Ermənistan danışıqlar prosesində destruktiv mövqe tutur"
19-10-2016, 08:35 | SİYASƏT
"Ermənistan danışıqlar prosesində destruktiv mövqe tutur"

 

“Azərbaycan güclü və birmənalı şəkildə beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri kimi - kimə qarşı və harada, eləcə də nə məqsədlə törədilməsindən asılı olmayaraq terrorun bütün forma və təzahürlərini pisləyir”.
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Daşkənddə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü Sessiyasında çıxışında deyib.
 
Onun sözlərinə görə, “Təhsil və Maarifçilik - Sülh və Yaradıcılığa aparan Yol” adı altında keçirilən tədbir xatırladır ki, dünyanın üzləşdiyi problemlər ilə mübarizədə uğur qazanmaq üçün açar təhsildədir: “Təhsil hər bir fərdin, ailənin, icmanın, ölkənin və dünyamızın davamlı inkişafı üçün başlıca hərəkətverici qüvvə, həmçinin zəmanətdir. Təhsil və maarifçilik müsəlmanlar arasında həmrəyliyi gücləndirə, İslamofobiya meyllərinin kökünü kəsə, ekstremizmi dəf edə, tolerantlıq mədəniyyətini təşviq edə və müxtəlif mədəniyyətlər, dinlər və millətləri təmsil edən insanların dinc yanaşı yaşaması üçün əlverişli zəmin yarada bilən əsas qüvvələrdir”.
 
Nazir bildirib ki, Azərbaycan sülh və təhlükəsizliyin təhsil, elm, mədəniyyət və dialoq vasitəsilə əldə olunduğuna inanan bir ölkə kimi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mədəniyyətlər və sivilizasiyalar dialoqunu möhkəmləndirən beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib: “Azərbaycan İslam həmrəyliyini gücləndirmək üçün daim ön sıralarda səy göstərən ölkə kimi gələn il Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə layiq görülüb. İslam dünya sivilizasiyasına çox böyük töhfələr verib. Azərbaycan İsrail-Fələstin münaqişəsinin həllində bu müqəddəs torpaqlarda uzun zamandır gözlənilən, hərtərəfli, uzunmüddətli və yalnız sülh, təhlükəsizlik və davamlı inkişafın əldə edilməsinin yeganə təminatı olan iki dövlət həllinə tərəfdardır. Biz, Fələstin xalqının dəstəklənməsi və amalına xidmət edən İƏT-in gördüyü işləri yüksək səviyyədə təqdir edirik”.
 
E. Məmmədyarov Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə məhəl qoymadan və beynəlxalq hüququ kobudcasına pozmaqla Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesində destruktiv mövqe tutduğunu qeyd edib: "Azərbaycan bir daha Ermənistanın təcavüzünü və işğal olunmuş ərazilərdə bədnam etnik təmizləmə ilə Azərbaycan torpaqlarının işğalının qınanılmasında daimi prinsipial mövqeyinə görə İƏT Baş katibinə və üzv dövlətlərə öz səmimi təşəkkürünü çatdırır. Biz Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT Kontakt qrupunun yaradılmasını yüksək qiymətləndiririk. İnanırıq ki, bu Kontakt qrupunun işi müvafiq İƏT və BMT qətnamələrinin həyata keçirilməsinə töhfə verəcək və bu istiqamətdə fərdi və birgə səylərinin uyğunlaşdırılmasına köməklik göstərəcək”. 

 

 

 




Baxış sayı: 1 677
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031