FACT-INFO.AZ » SİYASƏT » Cenevrədə Xocalı dəhşətlərindən bəhs edildi
17-10-2016, 08:35 | SİYASƏT
Cenevrədə Xocalı dəhşətlərindən bəhs edildi

TEAS-dan APA-ya verilən məlumata görə, tədbir Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyinin birgə əməkdaşlığı şəraitində tərəfindən təşkil edilib.
 Anma tədbirində kinematoqrafiya sahəsində dünyanın ən nüfuzlu mükafatlarının qalibi olan “Endless Corridor”  (“Sonsuz Dəhliz”) sənədli filmi nümayiş etdirilib və “Khojaly Witness of a War Crime - Armenia in the Dock“ (“Xocalı Müharibə Cinayətinin Şahidi – Ermənistan Müttəhim Kürsüsündə”) kitabının Cenevrə təqdimatı keçirilib.
 Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov qeyd edib ki, “Sonsuz Dəhliz” filmi sıradan bir sənədli statistik film deyil, müharibə nəticəsində təsirə məruz qalmış insanların ruhunu ehtiva edir.
Hər bir ölümün arxasında insan taleyi durur. Film Xocalıda sağ qalmış bəzi şəxslərin həyat hekayələri barədədir.

“Bir gecədə bütün şəhər məhv edildi. Bu qırğın Srebrenitsa və Ruanda soyqırımları ilə üst-üstə düşdüyündən beynəlxalq ictimaiyyət tərəfindən gözədəyməz oldu. Mən “Reuters”, AFP informasiya agentliklərinin, “Human Rights Watch” təşkilatının və “Nyu-York Times” qəzetinin ictimaiyyətin diqqətinin cəlb etmək üçün əməkdaşlarının səfərləri və Xocalı barədə araşdırmalarını xatırlatmaq istəyirəm. Danışıqlar 25 ildir, davam edir. Mən bu danışıqlar başladıqdan bir qədər sonra diplomatik xidmətə başlamışam və bir müddət sonra təqaüdə çıxacağam, amma proses hələ də davam etməkdədir.  TEAS Azərbaycanı dünyanın diqqət mərkəzində saxlanılması istiqamətində heyranedici işlər görür və Azərbaycan vətəndaşı olaraq öz minnətdarlığımı bildirirəm”, - deyə səfir vurğulayıb. 
 TEAS-nın Fransa Nümayəndəliyinin direktoru Mari-Laetitia bildirib ki, həmin dövrün hərbi rəhbərlərindən biri olan Serj Sarkisyan hazırda Ermənistanın prezidentidir: "Bu kütləvi insan qırğını hələ ki, Ermənistan tərəfindən tanınmamasına baxmayaraq, qətliamın baş verməsini təsdiq edən inkarolunmaz faktlar mövcuddur. Gəlin, Xocalı qırğını, keçmişdəki və indiki bütün müharibələrin qurbanlarını anaq. Ümid edirik ki, yaxın gələcəkdə bu münaqişə beynəlxalq hüquqa söykənmiş ədalətli sülhlə həllini tapacaq, Ermənistan və Azərbaycanın qonşu olaraq sülh şəraitində yaşamasına imkan verəcək”.
 “Sonsuz Dəhliz” filminin qəhrəmanı, litvalı müharibə reportyoru Rikardas Lapaitis həmin hadisələri ürək ağrısı ilə xatırlayıb: “Mən hələ də məni izləyən və taleyimi dəyişən bu dəhşətli hadisələrin canlı şahidiyəm. Ağdam məscidinə hadisə qurbanlarının gətirilməsini müşahidə etmişəm. Öldürülənlərin bir çoxu ayaqqabısız idi. Öldürülmüş bir qızın başında yanıq və güllə izləri görünürdü.
 Altı yaşlı qızın başı yox idi, belinin aşağı nayihəsində yaralar var idi. Bir çox meyitində üzərində işgəncənin izlərini, qırılmış dişləri, kəsilmiş barmaqları və qulaqları görmək olardı. Həkimlər deyirdi ki, 13-16 yaşlı zorlanmış qızları müayinə ediblər. Bir çox Xocalı qurbanı amputasiyalara məruz qalmış və ya güllələnmişdi.
 Ermənilər və onlarla birgə Xocalı soyqırımın törədilməsində iştirak etmiş şəxslər Cenevrə Konvensiyası, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi, Uşaq Hüquqları Bəyannaməsi, Fövqəladə Vəziyyətlərdə və Silahlı Münaqişələrdə Qadın və Uşaqların Müdafiəsi üzrə Bəyannamə və BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş bir sıra digər sənədlərə zidd davranış nümayiş etdiriblər.
 Xocalı qırğınının törədilməsində iştirak etmiş şəxslər Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunmalıdırlar. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan bu cinayətkarlar sırasındadırlar.
 Xocalı sakinləri hazırda Azərbaycanın 48 rayonunda məskunlaşıblar və erməni təcavüzünün sona çatmasını gözləyirlər. Mən müntəzəm olaraq Azərbaycan və Ermənistan qoşunlarının “təmas xətti”nə yaxın ərazilərə səfərlər edirəm. Ermənistan hərbi qüvvələri tərəfindən gecə hücumları, sabotaj, evlərin və təsərrüfat torpaqlarının yandırılması və hətta məktəblərin atəşə tutulması halları bu gün də davam etməkdədir”. 
 “Xocalı Müharibə Cinayətinin Şahidi – Ermənistan Müttəhimlər Kürsüsündə” kitabının redaktoru İan Pert bildirib ki, ona ən güclü təsir edən Yasəmən Həsənovanın şahid ifadəsi olub: "Onun o dövrdə 12 yaşı olub. Altı ay davam edən hücumlar 1992-ci ilin fevral ayında artıq başqa xarakter almışdı. Yasəmənin atası yerli özünümüdafiə qüvvələrində idi və bu hücumun baş verəcəyini gözləyirdi. Artıq aydın idi ki, sağ qalmaq üçün yalnız təhlükəsiz yerə sığınmaq lazım idi. Onun anası ərindən ayrı getməyə razı olmadığına görə Yasəmən əmisi ilə çıxdılar. Sel və meşəni keçəndən sonra düzənliyə çıxdılar və burada gülləbarana tutuldular. Yasəmən fiziki xəsarət almadan sağ qaldı.

Yasəmənin atasının meyiti illər sonra tapıldı. O, indi Bakının qoynunda yerləşən Şəhidlər Xiyabanında, milli qəhrəman olaraq uyuyur. Yasəmənin anasının taleyi hələ də qaranlıqdır və güman olunurdu ki, o, ermənilər tərəfindən girov götürülmüşdü. Lakin sonradan Yasəmən televiziya proqramlarının birində anasının cəsədini bağçada quyunun yanında görmüşdü. Yasəmən deyir: “Mən güman etmirəm ki, hər hansı bir qız öz anasının ölümünə sevinə bilərdi. Amma ən azından mən əmin oldum ki, anam ermənilər tərəfindən girov olaraq işgəncələrə məruz qalmayıb”.

 Yasəmən indi Xocalı sakinləri üçün məktəbdə müəllim kimi çalışır. Mən ondan soruşanda ki, öz şagirdlərinə Xocalı soyqırımı barədə nə danışır, o cavab verdi ki, onlara Xocalının necə gözəl olduğunu deyir”.
 İan Pert məlumat verib ki, nəşr mümkün qədər obyektivdir, xarici medianın hadisə barədə hesabatları, xarici akademik və insan hüquqları fəallarının təhlilləri kitabda əksini tapıb.
 O, daha sonra BMT Təhlükəsizlik Şurasının ermənilərin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsindən biri olan 822-ci qətnaməsinin mətnini oxuyub.
 İan Peart çıxışını bu sözlərlə bitirib: “Erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələbi 1993-cü ildə qəbul edilib. Mən bu gecədə BMT-də işləyənlərdən soruşuram - BMT Təhlükəsizlik Şurasının bu tələblərinin dəyəri nədir?”




Baxış sayı: 1 698
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031