FACT-INFO.AZ » SİYASƏT » Brüssel parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb
7-10-2016, 10:10 | SİYASƏT
Brüssel parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb

 Belçikada səfərdə olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idarə heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Fuad Muradov 2016-cı il oktyabrın 6-da Brüssel-Paytaxt Regionu Parlamentinin rəhbərliyi ilə görüş keçirib və onların şərəfinə verilmiş işçi naharda iştirak ediblər.

 Azərbaycanın Belçika Krallığındakı səfirliyindən APA-ya verilən xəbərə görə, aparılmış müzakirələr çərçivəsində icma üzvləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, işğal edilmiş torpaqlardan qovulmuş azərbaycanlıların pozulmuş hüquqları barədə qarşı tərəfə ətraflı məlumat vermiş, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mühüm töhfə verə biləcək amil olaraq Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasında belçikalı siyasətçilərin mühüm rol oynaya biləcəklərini diqqətə çatdırıblar. Bu xüsusda, iki icma arasında belə təmasların məhz Brüssel şəhərində təşkil edilməsində yardım xahiş edilib. Habelə, Azərbaycanın icazəsi olmadan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə edilən səfərlərin beynəlxalq hüquqa zidd olduğu vurğulanıb və belçikalı parlamentarların iştirakı ilə gələcəkdə belə halların qarşısının alınmasında Parlament rəhbərliyinin müdaxiləsinin faydalı olacağı qeyd edilib.

Beynəlxalq Münasibətlər üzrə Eqmont Kral İnstitutunun baş direktoru Mark Otte ilə keçirilmiş görüş zamanı icma üzvləri öz tədqiqatlarında Dağlıq Qarabağ münaqişəsinə göstərdiyi diqqətə görə İnstitut rəhbərliyinə təşəkkür edib, gələcəkdə mövzu üzrə dərc ediləcək hesabat və məqalələrdə Azərbaycan qaçqın və məcburi köçkünlərinin probleminin daha geniş işıqlandırılmasını xahiş ediblər. Habelə, İnstitutun Avropada nüfuzlu tədqiqat mərkəzlərindən biri olaraq, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqu təşkil etməsi təklifi irəli sürülüb.

  Keçirilmiş görüşlərdə həmsöhbətlər edilmiş müraciətləri nəzərdən keçirəcəklərini və Azərbaycan tərəfi ilə mövzu üzrə müzakirələri davam etdirəcəklərini vəd ediblər.

 

 

 

 




Baxış sayı: 1 976
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031