FACT-INFO.AZ » SİYASƏT » "Kerri istəyir ki, ermənilərin xətrinə heç kim dəyməsin"
6-10-2016, 09:20 | SİYASƏT
"Kerri istəyir ki, ermənilərin xətrinə heç kim dəyməsin"

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlamasına münasibət bildirərkən deyib.

E.Məmmədov qeyd edib ki, C.Kerri Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil: “O istəyir ki, əbədi atəşkəs olsun və ermənilərin xətrinə heç kim dəyməsin. Bunlar da desin ki, biz missiyamızı yerinə yetiririk, qoymuruq ki, bir-birilərinə güllə atsınlar”.

Deputat bildirib ki, C.Kerri erməni qrupunda fəaliyyət göstərib Moskvaya gələn, bəyanat verən, ermənilərə görə SSRİ-nin qarşısına tələb qoyan 5-10 ABŞ siyasətçisindən biri idi: “1990-cı il 20 yanvar hadisələrində SSRİ-yə ermənilərin qorunması ilə bağlı tələb kimi göndərilən sənədin altında Con Kerrinin imzası vardı. Con Kerrinin ermənipərəst fəaliyyətini saymaqla qurtarmaq olmaz”.

E.Məmmədov vurğulayıb ki, C.Kerri də, “twitter” həvəskarı Ceyms Uorlik də çox şey deyə bilər: “Çünki işğal altında olan torpaq onların deyil, dağılan evlər onların deyil, bir milyondan çox yurd-yuvasından didərgin düşmüş insan onların deyil. Ancaq qoy nə deyirlər desinlər. Bizim məqsədimiz aydındır. Biz öz torpaqlarımızı işğaldan azad edəcəyik. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan heç kimin sözü ilə oturub-durmur. Biz torpaqlarımızın işağldan azad edilməsi üçün öz bildiyimiz yolla gedib, öz istəyimizə çatmaq üçün hərəkət edirik”.

Millət vəkili vurğulayıb ki, bütün cəhdlərə baxmayaraq, Azərbaycan öz yolundan geri çəkilməyib, Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial və barışmaz mövqeyi sayəsində Ermənistan, erməni lobbisi və onun Con Kerri kimi təəssübkeşləri istəklərinə nail ola bilməyiblər və ola da bilməyəcəklər.

 

 

 

 




Baxış sayı: 1 563
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031