FACT-INFO.AZ » SİYASƏT » Qətiyyətli və müstəqil liderlik: İlham Əliyev nümunəsi
22-09-2016, 08:20 | SİYASƏT
Qətiyyətli və müstəqil liderlik: İlham Əliyev nümunəsi

 

Dünyanın böyük dövlətləri başqalarını öz iradələrinə tabe etdirməyə çalışırlar. Onlar müxtəlif üsullarla təsirlər edir, cəmiyyətdə qarışıqlıq yaratmağa cəhdlər göstərirlər. 

Mövcud təcrübə göstərir ki, hətta sürətlə inkişaf edən ölkələri belə supergüclər zəiflədə bilir. Bundan başqa, Qərbdə islamofobiya adlanan hadisə müsəlman ölkələrin inkişafına qarşı müəyyən dairələrin addım atmasına təkan verir. Belə bir şəraitdə Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada dövlət quruculuğunda uğur qazanmaq yüksək peşəkarlıq, milli dəyərlərə sədaqət, yüksək vətənpərvərlik keyfiyyəti tələb edir. 

Azərbaycan prezidenti fəaliyyəti ilə sübut edir ki, bu keyfiyyətlərin hamısına malikdir. Şübhə etmirik ki, bunu Azərbaycan xalqı ölkə Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı referendumda öz səsi ilə bir daha təsdiq edəcək!

Strateji inkişaf kursu: müstəqil dövlət quruculuğunun mühüm şərtləri

Azərbaycanda sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi dövlətçilik baxımından tarixi hadisə olacaq. Xalq növbəti dəfə səs verdiyi Prezidentin siyasətinə və apardığı islahatlara dəstəyini ifadə edəcək. Dünyada çox mürəkkəb və ziddiyyətli proseslərin getdiyi bir mərhələdə bu məsələ bizim üçün olduqca vacibdir. Çünki artıq 25 ildir ki, Azərbaycan müstəqil dövlət kimi mövcuddur və regionda müstəqilliyini əldə etmiş ölkələr sırasında ən çox uğur qazanan dövlətdir. Bunun əsas səbəbi Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra rəsmi Bakının yalnız müstəqil siyasət yeritməsi ilə əlaqəlidir.

Dövlət başçısı İlham Əliyev bu məqamı bu il sentyabrın 15-də – Bilik günündə Sabunçu rayonundakı 311 saylı məktəbin açılışında etdiyi çıxışda konkret olaraq vurğulayıb. Prezident məktəb kollektivinə üz tutaraq ifadə edib: "...biz həmişə müstəqil olmalıyıq. Heç vaxt müstəqilliyimizi əldən verməməliyik. Müstəqillik deyəndə mən rəsmi atributları nəzərdə tutmuram. Müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq, necə ki, bu gün yaşayır. Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələr üçün də cəlbedicidir" (bax: Prezident İlham Əliyev Bakıdakı 311 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib / AZƏRTAC, 15 sentyabr 2016).

Ölkə rəhbərinin bu tezisində, əslində, Azərbaycanda dövlət quruculuğu fəlsəfəsinin əsas prinsipləri ilə müasir dövrün çağırışlarının bir-biri ilə sıx bağlı olduğu vurğulanır. Məhz həmin prizmadan sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi epoxal əhəmiyyətli hadisə kimi dəyərləndirilə bilər. Azərbaycan xalqı müstəqil dövlət quruculuğu kursuna, idarəetmədə həyata keçirilən islahatlara, xarici və daxili siyasətin müstəqilliyinə səs verəcək, İlham Əliyevin bu kursu daha da inkişaf etdirmək kimi həm şərəfli, həm də məsuliyyətli vəzifəni yerinə yetirməsinə "hə" deyəcək!

Çünki söhbət hazırkı mürəkkəb geosiyasi şəraitdə milli dövlətçiliyin ən səmərəli yolla inkişaf etdirilməsindən gedir. İlham Əliyev Azərbaycanda bu kursun əvəzedilməz reallaşdırıcısıdır. Sentyabrın 26-da xalqın müzakirəsinə təqdim ediləcək dəyişikliklər həmin aspektdə ciddi tarixi əhəmiyyətə malikdir. Azərbaycanın bu sınaqdan da uğurla çıxacağına şübhə yoxdur.

Dövlət başçısının 311 saylı məktəbin açılışındakı çıxışına bu müddəalar kontekstində nəzər saldıqda, çox maraqlı fikirləri görmək mümkündür. İlham Əliyev çıxışında milli ruha, ideyaya, müstəqillik idealına sədaqətliliyi mühüm faktor hesab edir. Prezident bununla əlaqədar deyib: "Bu gün bizim siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır. Elə etməliyik ki, gələcək nəsil də bu istiqamətdə inkişaf etsin. Ona görə, vətənpərvərlik, Vətənə olan bağlılıq, milli mənəvi dəyərlər məktəblərdə mütləq geniş vüsət almalıdır, müəllimlər də bu istiqamətdə daha fəal iş aparmalıdırlar" (bax: əvvəlki mənbəyə).

Yeni nəslin tərbiyəsi: yüksək intellektli və mənəviyyatlı gənclər uğrunda!

Bu fikrin gənc nəslin yetişdirilməsində strateji əhəmiyyət daşıdığını anlamalıyıq. Çünki bu gün Qərb dövlətləri tərəfindən qloballaşma adı altında milli özünəməxsusluğun məhv edilməsi tendensiyası gedir. Onlar gənc nəslin hələ möhkəmlənməmiş psixologiyasına müxtəlif üsullarla, əsas olaraq KİV (burada internet başlıca rol oynayır) vasitəsilə təsir göstərməklə onlarda öz milli köklərinə laqeydliyi aşılamağa çalışırlar. Milli dəyərlərə etinasız münasibət göstərməyə çağırmaqla yanaşı, xarici qüvvələr gəncləri həm də vətəndaşı olduğu dövlətin legitim hakimiyyətinə qarşı üsyanlara səsləyir. Bir sıra ölkələr hələ də bunun faciəvi nəticələrinə qatlanmaqdadırlar. Yaxın Şərqin bir zamanlar sürətlə inkişaf edən dövlətləri indi nə haldadır?

Onlar bu vəziyyətə ona görə düşüblər ki, xarici siyasətdə lazımi səviyyədə müstəqil ola bilməyib, kənar dairələrdən asılı olublar. Ölkə başçısı İlham Əliyev məsələnin bu tərəfini ayrıca vurğulayıb. O deyib: "Biz başqa ölkələrin təcrübəsini, yaxın tarixini görürük. O ölkələr ki, xaricdən idarə olunur, o ölkələr dağıdılır. O ölkələr ki, xarici mənfi təsirə qarşı müqavimət göstərmir, o ölkələr, xalqlar məhv olur. Son 10 il ərzində Yaxın Şərqdə milyonlarla insan həlak olub. On milyonlarla insan əlil, qaçqın, köçkün olub, ölkələr, bütün infrastruktur dağıdılıb. Bunu edənlər xarici qüvvələrdir" (bax: əvvəlki mənbəyə).

Bu səbəbdən Azərbaycan onların səhvini təkrarlaya bilməz. Bu, dövlətimiz və cəmiyyətimiz üçün ciddi fəsadlar törədə bilər. İlham Əliyev bu aspekti də konkret olaraq vurğulayıb: "Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır – bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir. Bu isə bizim üçün fəlakət olar" (bax: əvvəlki mənbəyə).

Bəli, həqiqətən, indi müşahidə edilən bir sıra geosiyasi proseslər ölkə rəhbərinin nə dərəcədə uzaqgörən siyasət yeritdiyini bir daha təsdiqləyir. Təbii ki, müdrik Azərbaycan xalqı bu siyasəti tam dəstəkləməkdə davam edəcək və bunu sentyabrın 26-da bir daha dünyaya nümayiş etdirəcək. Xarici qüvvələrin təxribat cəhdlərinə ən yaxşı cavab bundan ibarət olacaq!

Prezident yaranmış vəziyyəti qlobal miqyasda regional və yerli şərtlərin qarşılıqlı əlaqəsi kontekstində qiymətləndirir. Bu prosesdə gənclər və ziyalıların üzərinə düşənləri ifadə edən Prezident İlham Əliyev insan kapitalının inkişafının təmin edilməsi zərurətindən bəhs edir. Dövlət başçısı birmənalı ifadə edir ki, Azərbaycan insanının intellekti milli sərvətə çevrilməlidir. Bunun iki aspekti vardır.

Birincisi, müasir dövrdə dayanıqlı inkişafın mühüm şərtini savadlı, təhsilli, peşəkar mütəxəssislərin yaşadığı cəmiyyətin yaradılması təşkil edir. Ölkə başçısı həmin bağlılıqda konkret ifadə edib ki, "əgər inkişaf etmiş ölkələrin tarixinə və bu gününə baxsaq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik. Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki iqtisadiyyatda, sənayedə, bütün sahələrdə çox gözəl mütəxəssislər lazımdır" (bax: əvvəlki mənbəyə).

İkincisi, bu məqsədə nail olmaq üçün təhsil sistemini təkmilləşdirməli, gənc nəslin dövlət quruculuğunda iştirakını yeni səviyyəyə qaldırmalıyıq. Azərbaycan vətəndaşları biliklərini, qazandıqları mənəvi keyfiyyətləri öz Vətəninin inkişafına sərf etməlidirlər. Bu halda intellekt milli sərvətə çevrilmiş olur. Bunun üçün Azərbaycanda təhsil sahəsində daim islahatlar həyata keçirilir, müəllimlərin pedaqoji və elmi hazırlıq səviyyəsinin yüksəldilməsinə böyük diqqət yetirilir. Müstəqil dövlətçiliyin inkişafı insan kapitalının inkişafından birbaşa asılıdır.

Bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi parlaq gələcəyinin olduğunu təsdiqləyir. İndi iqtidarın həyata keçirdiyi islahatlar proqramı bütövlükdə cəmiyyətin yeni səviyyəyə yüksəlməsinə tam təminat verir. Prezident İlham Əliyevin 311 saylı məktəbin açılışında bəyan etdiyi fikirlər bir daha göstərir ki, ölkə rəhbərini seçdiyi yoldan heç bir qüvvə döndərə bilməz. Bu barədə dövlət başçısı açıq və birmənalı şəkildə bildirib: "Heç bir qüvvə məni bu yoldan döndərə bilməz" (bax: əvvəlki mənbəyə).

Əlbəttə, yüksək siyasi peşəkarlığa, qətiyyətə, möhkəm iradəyə, müasir dünyada gedən prosesləri dərindən və strateji aspektdə təhlil etmək qabiliyyətinə malik bir liderin qarşısını kimsə kəsə bilməz. Həm də İlham Əliyevi bütün Azərbaycan xalqı müdafiə edir, işlərinə ciddi dəstək verir. Belə bir dövlət başçısını yolundan döndərmək mümkün deyildir!

Newtimes.az

 

 

 

 

 

 




Baxış sayı: 1 645
“Çal qılıncın, yetdim!.." Dünən, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib Dünən, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib Dünən, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib Dünən, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb Dünən, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb Dünən, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır Dünən, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər Dünən, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub Dünən, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb 23-09-2026, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30 MEK elektron xidmətlərini təqdim edir 22-09-2026, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb 22-09-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930