FACT-INFO.AZ » SİYASƏT » "Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır” - Prezident İlham Əliyev
19-09-2016, 08:15 | SİYASƏT
"Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır” - Prezident İlham Əliyev

Bilirlər ki, dövlət bəzi hallarda tənbeh etsə də onları həmişə dəstəkləyəcək. Bəzən sahibkarlar ödənişləri vaxtında edə bilmirlər. Əgər hər hansı kommersiya bankı ilə onların əlaqələri olarsa, - əlbəttə bu da lazımdır, - orada çox sərt cəza tədbirləri ola bilər. Dövlət isə əlbəttə ki, burada sahibkarlar üçün ən yaxşı tərəfdaşdır”.

Bunu prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Dövlət başçısı verilmiş kreditlərin böyük əksəriyyətinin qaytarıldığını bildirib: “Misal üçün, bu il yenə güzəştli kreditlər verilib. Onların böyük əksəriyyəti əvvəlcə verilmiş və qaytarılmış kreditlər hesabına verilib. Yəni, bir milyard dəyərində kredit şəklində verilmiş bu vəsait artıq dövriyyədədir və özlüyündə bir canlanma gətirir. Bu müsbət təcrübəni nəzərə alaraq biz pambıqçılığın inkişafına da güzəştli kreditlər verməliyik. Əvvəllər bu, olmayıb. Yəni, bu ildən İqtisadiyyat Nazirliyi bunu nəzərə alsın və sonra mənə ayrıca məruzə edəcək ki, ayrılmış kreditlərin neçə faizi pambıqçılığın inkişafına gedəcək.

Bir daha qeyd etmək istəyirəm ki, biz torpaqlardan çox səmərəli şəkildə istifadə etməliyik. Bizim çox böyük torpaq sahələrimiz yoxdur. Biz ancaq yeni texnologiyalar, meliorativ tədbirlər nəticəsində yeni, böyük torpaq sahələrini dövriyyəyə cəlb edə bilərik”.  

Prezident İlham Əliyev torpaqlardan səmərəli şəkildə istifadənin əsas məqsəd olduğunu qeyd edib: “İndi mövcud torpaq fondunun nə qədər olduğu bəllidir. Qeyd etdiyim kimi, istifadəsiz torpaqlar dövriyyəyə qaytarılmalıdır. Torpağı icarəyə götürən mütləq torpaqda işləməlidir, onu əmanət kimi saxlamamalıdır. Eyni zamanda, rayonlaşma getməlidir, hansı rayonda hansı məhsullar daha çox gəlir gətirir, daha çox sərfəlidir. Biz buna da baxmalıyıq, müvafiq göstərişlər verilib. Hesab edirəm ki, biz subsidiyalarla bağlı da artıq rayonlaşma sisteminə keçməliyik.

Regionlar üzrə subsidiyalaşma təmin edilməlidir və bu, özlüyündə kənd təsərrüfatının stimullaşdırılmasına gətirib çıxaracaq. Xoşbəxtlikdən elə gözəl ölkədə yaşayırıq ki, bizim doqquz təbii iqlimimiz var. Biz hər şeyi yetişdirə bilərik, çaydan tutmuş pambığa qədər, üzümdən tutmuş meyvə-tərəvəzə qədər. Qeyd etdiyim kimi, şimal-qərb zonasında böyük fındıq bağları salınacaq. Yəni, ancaq səmərəli yanaşma olmalıdır və fermerlərə çox ciddi kömək göstərilməlidir”, - deyə prezident bildirib.(Azadinform)

 

 

 




Baxış sayı: 1 621
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031