FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Özbəkistanda "Şuşa günləri"
12-04-2023, 11:40 | MƏDƏNİYYƏT
Özbəkistanda "Şuşa günləri"

Fact-info.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistannın Mədəni Meros Agentliyinin rəhbəri Bahadur Abdukarimov, Daşkəndə akreditə olunmuş türk dövlətlərinin səfirləri, dövlət və hökumət nümayəndələri, çoxsaylı mötəbər qonaqlar, media nümayəndələri iştirak ediblər.

"Şuşa günləri" tədbirləri çərçivəsində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı qardaş ölkədə beynəlxalq konfranslar, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərin moda nümayişi, bədii şeir kompozisiyaları və konsertlərin təşkili nəzərdə tutulmuşdur.

Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin önündə Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına, həmçinin “Şəhidlər və Zəfər” abidə kompleksi önünə çələng və gül-çiçəklər qoyublar. Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində qonaqlara “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təqdim edilib.

Mədəniyyət Mərkəzinin böyük konfrans zalında davam edən tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə olaraq keçirilən “Şuşa Günləri” silsilə tədbirlərinin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəni-ictimai həyatı üçün də mühüm hadisə adlandırıb. O, Şuşanın Azərbaycan mədəniyyəti, musiqisi, poeziyasında müstəsna rolu haqqında danışaraq, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan mədəniyyətinin paytaxtının azad olunduğunu, Prezident İlham Əliyev tərəfindən şəhərin Azərbaycan mədəniyyətinin paytaxtı elan edildiyini və TURKSOY təşkilatı tərəfindən 2023-cü il üçün türk mədəniyyətinin paytaxtı elan olunması haqqında qərar verildiyini söyləyib. Diplomat bununla da Şuşanın yalnız Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət paytaxtına çevrildiyini vurğulayıb.

Sonra çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Şuşanın Azərbaycan dövləti və xalqı üçün xüsusi yerə malik olduğunu vurğulayaraq, onun uzun müddət erməni işğalı altında qalmasını, şəhərin dağıdıldığını və tarixi abidələrin məhv edildiyini bildirib. O, Şuşanın erməni işğalından azad olunmasını çox mühüm tarixi hadisə adlandıraraq, hazırda şəhərdə aparılan quruculuq işlərini və keçirilən mühüm beynəlxalq tədbirlərin hər bir azərbaycanlıda qürur hissi yaratdığını bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu il yüzilliyi qeyd olunan türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzində “Şuşa günləri”nin açılış mərasiminin keçirilməsini böyük hadisə kimi dəyərləndirib. O, Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rəhbərlik etdiyi Fond tərəfindən dünyanın müxtəlif ölkələrində “Şuşa günləri”nin keçirilməsinin nəzərdə tutulduğunu, ilk tədbirin Bursada və bu ilin birinci tədbirin Özbəkistanda keçirildiyini vurğulayıb. O, Şuşanın Azərbaycan mədəniyyəti, ədəbiyyatına verdiyi töhfələrdən danışaraq, şəhərin musiqimizin, muğamımızın, poeziyamızın beşiyi olduğunu vurğulayaraq, onun zəngin mədəni irsinin bütün dünyaya çatdırılmasının vacibliyini qeyd edib. Fondun prezidenti Qarabağ xanlığının mərkəzi və qala şəhəri olan Şuşanın çoxsaylı Azərbaycan ədibləri, bəstəkarları və mütəfəkkirlərinin vətəni olduğunu və özünün çoxsaylı, unikal abidələri ilə məşhur olduğunu qeyd edib. “Şuşa günləri”nin keçirilməsini ortaq soykök, dəyərlərə, ənənələrə malik xalqlarımızın mədəniyyətinin qovuşması və Şuşanın onlar arasında bir əməkdaşlıq məkanına çevrilməsi, türk dünyasında yeni bir dövrün başlanması kimi dəyərləndirib.

Konfransda çıxış edən Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov ölkələrimiz arasında son illərdə daha da inkişaf edən siyasi əlaqələr haqqında danışaraq, iki ölkə arasında yüksək səviyyəli mədəni əlaqələri xüsusi qeyd edib.

Nazir Özbəkistanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi ilə keçirilən “Şuşa günləri” tədbirlərini yüksək qiymətləndirib, bu hadisənin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəniyyəti üçün də vacib və əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Ozodbek Nazarbekov Şuşanı Azərbaycanın ürəyi adlandıb, şəhər haqqında maraqlandığını və şəhərin zəngin mədəni irsinin onu heyrətə gətirdiyini vurğulayıb. O, Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasını bütün qardaş türk dövlətləri üçün fəxr mənbəyi və qürurlu hadisə olduğunu söyləyib.

Türk dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Sureyya Er və Özbəkistanın Mədəni meros Agentliyinin direktoru Baxodir Abdukarımov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın vacibliyini vurğulayaraq, bu layihənin Türk dünyası ölkələri arasında həmrəyliyin və əməkdaşlığın inkişafına xidmət edəcəyini söyləyiblər. Onlar yüksək memarlıq və şəhərsalma sənətinə malik, tarixi Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi onun bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevirdiyini qeyd edərək, Şuşanın Özbəkistanın Xivə şəhəri ilə qardaşlaşmasının mühüm tarixi və mədəni hadisə olduğunu vurğulayıblar.

Daha sonra tədbir iştirakçıları Xurşidbanu Natəvan haqqında sənədli filmi izləyiblər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi ilə hazırlanmış sənədli filmdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şairə Xurşidbanu Natəvanın həyatı və yaradıcılğına dair, həm sənədli, həm də bədii səhnələr yer alıb. Filmin ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru Zəhra Quliyevadır. Baş rolda Azərbaycanın xalq artisti Mehriban Zəki çəkilib.

Tədbirin bədii hissəsində Özbəkistanın Xalq artisti, “Yalla” ansamblının bədii rəhbəri Fərrux Zakirov, azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun ifasında Azərbaycan və özbək mahnıları, muğamlar səsləndirilib, Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı və dünyaca məşhur “Özbəgim yoshlari” musiqili rəqs qrupunun rəngarəng çıxışları baş tutub.

Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Özbəkistanda “Şuşa günləri” münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim edilib.




Baxış sayı: 217
Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Bu gün, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Bu gün, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031