Fact-info.az xəbər verir ki, bunu “TCG Anadolu” hərbi gəmisinin Türkiyə ordusunun istismarına verilməsi mərasimində çıxış edən milli müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri dünyada çox az ordunun əldə edə biləcəyi yüksək texnologiya və əməliyyat üstünlüyünə malikdir.
“Biz sərhədlərimizin təhlükəsizliyini təmin edir, başda PKK/PYD/YPG olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə aparırıq. Dənizlərimizdə və səmamızda hüquq və mənafelərimizi qoruyur, bunlara əlavə olaraq Şimali Kipr başda olmaqla, Azərbaycan və Liviya kimi dost, qardaş və müttəfiqlərimizin haqq davasına dəstək verir və sonadək onlarla birlikdəyik. Biz birlikdə çalışaraq ölkəmizi daha böyük və güclü mövqeyə gətirməyi hədəfləyirik. İnşallah bunu da bacaracağıq, buna da qadirik”, - deyə Akar qeyd edib.
Baxış sayı: 187
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

