Fact-info.az “Sputnik-Qazaxıstan”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə Astanada məhdud tərkibdə danışıqları zamanı deyib.
O bildirib ki, Qazaxıstan Cənubi Qafqaz regionunda aparıcı rol oynayan Azərbaycanla iqtisadi qarşılıqlı əlaqənin və əməkdaşlığın inkişafı istiqamətində çox ciddi işlərə köklənib. “Aramızda heç bir problem yoxdur. Sadəcə, bu istiqamətdə irəliləmək istəyi var”, - K.Tokayev bildirib.
O həmçinin qeyd edib ki, Qazaxıstan tərəfi Azərbaycanla siyasi arenada - istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda əməkdaşlıq etmək niyyətindədir.
K.Tokayev dəvəti qəbul edib Astanaya səfər etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O qeyd edib ki, ötən ilin avqustunda Bakıya etdiyi səfəri səmərəli olub.
“İndi prezidentlərin tapşırıqlarının yerinə yetirilməsi üzrə iki ölkənin hökumətləri tərəfindən görülən işləri yoxlamağa ehtiyac var. Qeyd etmək istərdim ki, Azərbaycan Qazaxıstan üçün qardaş, çox yaxın dövlətdir” – K.Tokayev vurğulayıb.
Baxış sayı: 200
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

