FACT-INFO.AZ » XƏBƏR » Türkiyəli mütəxəssis: “Azərbaycanın Qarabağda qazandığı zəfərdə Türkiyə hərbi sənayesinin tətbiqi önəmli rol oynadı”
9-04-2023, 10:10 | XƏBƏR
Türkiyəli mütəxəssis: “Azərbaycanın Qarabağda qazandığı zəfərdə Türkiyə hərbi sənayesinin tətbiqi önəmli rol oynadı”

Fact-info.az-ın xəbərinə görə, bunu “Report”un Ankara bürosuna açıqlamasında siyasi elm və beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz bildirib.

2016-cı ildə baş verən hərbi çevrilişə cəhddən sonra Türkiyənin hərbi müdafiə sənayesində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xatırladan mütəxəssis deyib ki, son illərdə ABŞ-ın Türkiyəyə qarşı hərbi sanksiyalar tətbiq etməsi də “pis qonşu bizi ev sahibi etdi” prinsipi ilə ölkəsinə bu sahədə xeyli nailiyyətlər qazandırıb:

“Qərb və ABŞ 1960-cı illərdən etibarən zaman-zaman Türkiyəyə qarşı hərbi sanksiyalar tətbiq edib. Bunun ən bariz nümunəsi 1974-cü ildə Kıbrıs Barış Hərəkatı zamanı sanksiya tətbiq olunmasıdır. Odur ki, 1975-ci ildən başlayaraq ölkəmiz hərbi sənaye sahəsində əhəmiyyətli inkişaf mərhələsinə keçib. Amma son illərdə ABŞ-ın Türkiyəyə "F-16" döyüş təyyarələri satışını dayandırması, Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini (ZRK) alması, bundan sonra Türkiyənin NATO üçün önəmli olmaması ittihamları, ABŞ-ın Türkiyəni "F-35"’ qırıcılarının istehsalı proqramından çıxarması və bu kimi bəhanələrlə hərbi sanksiyaların tətbiqi dövlətimizin hərbi sənaye sahəsinə ciddi yatırımlar etməsinə və nəticədə uğurlar qazanmasına səbəb oldu. Pilotsuz uçuş aparatları (İHA) və silahlı pilotsuz uçuş aparatlarının (SİHA) istehsalı ilə Türkiyə dünyada yüksələn bir gücə çevrildi. Müdafiə sənayesi sahəsində “Akıncı”, “Hürkuş”, “Singur”, “Aksungur” kimi adlar adətən dünyada bir marka olaraq tanınmağa başlandı. Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri xüsusilə zirehli personal daşıyıcı (ZPT), tank və raket sektorlarının milli sərmayələri və yerli istehsalatları ilə də məşğul oldu. Bu sahələrdə gələcəyin mühüm tədarükçüsü ölkəsi olmağa namizəd olan Türkiyə gündən-günə azalan xarici asılılığı ilə diqqət çəkir. Yaxın gələcəkdə yerli, yəni milli döyüş təyyarələrini sahəyə buraxmağa hazırlaşan və işlərini sürətlə davam etdirən Türkiyə, başda “F-16” döyüş təyyarələri olmaqla ABŞ-dan asılılıqdan böyük ölçüdə xilas olacaq, hətta bu sahədə dünyanın aparıcı ölkələrindən birinə çevriləcək”.İsmail Çingöz deyib ki, bu fəaliyyətləri ilə Türkiyə və Azərbaycanın öndərliyində Türk Dövlətləri Təşkilatı (TDT) yeni dünya sisteminin üçüncü qütbünə çevrilə bilər:

“Türkiyənin havadan müdafiə sistemi başda olmaqla müdafiə sənayesi sahəsində yerli və milli istehsalını gücləndirməsi və yeni inkişaf mərhələsinə qədəm qoyması dövlətimizi dünyada qlobal gücə çevirməkdədir. Bu baxımdan Türkiyə təkcə özünün deyil, bütün türk dünyasının qarantı olub. Bu mərhələdə Türkiyə və Azərbaycan arasında imzalanan hərbi müqavilələr, Azərbaycan ordusunun Türkiyə ordusu ilə eyni konseptlə dizayn edilməsi əhəmiyyətli bir addım oldu. Əlbəttə, bu müttəfiqliyin digər türk dövlətlərinə də tətbiq olunması türk dünyasının gücünü artıracaq. Təkcə hərbidə deyil, digər sənaye sahələrində, iqtisadiyyat, texnologiya, təhsil, elm, dil, tibb, kənd təsərrüfatı və bu kimi mühüm sahələrdə birgə fəaliyyət türk dünyasına böyük töhfə verəcək. Bu baxımdan TDT-nin 2040 baxışını yetərincə dəyərləndirmək də türk dünyasının gücünə güc qatacaq. Biz türkün dünya liderliyində yer almasına inanmalıyıq və bu strategiya üzrə hərəkət etməliyik”.




Baxış sayı: 153
Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Bu gün, 12:00 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031