FACT-INFO.AZ » XƏBƏR » Almaniyalı alim İsveçdə ermənipərəst jurnalistin iddialarını alt-üst edib
8-04-2023, 14:25 | XƏBƏR
Almaniyalı alim İsveçdə ermənipərəst jurnalistin iddialarını alt-üst edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Fact-info.az-a bildirilib ki, NZZ kimi aparıcı mətbu nəşrdə tarixi faktların və reallıqların qərəzli formada ermənilərin xeyrinə birtərəfli təhrif edilməsi ilə əlaqədar almaniyalı tanınmış alim, Qafqaz regionunun tədqiqatçısı Dr. Mixael Raynhard Hess qəzetin redaksiyasına etiraz məktubu göndərib. Nəşrin internet səhifəsində yerləşdirilmiş məktubda Dr. Hess uzun illər apardığı mətbuat təhlilləri əsasında yazır ki, Cənubi Qafqazda vəziyyətin “keyfiyyətli mətbuat orqanları” tərəfindən Ermənistanın mənafeyi naminə birtərəfli və tam şəkildə təhrif edilməsi davam etməkdədir.

İsveçrəli jurnalist A.Rüş məqaləsində Ukrayna müharibəsinin Ermənistanla Azərbaycan arasında mövcud vəziyyətin ermənilərin əleyhinə dəyişməsinə gətirib çıxardığını iddia edir: “Özünün səbəbkarı olduğu müharibəyə başı qarışan Rusiya əvvəlki kimi Ermənistan üçün ənənəvi hərbi patronaj rolunu oynaya bilmir. Alternativ enerji tədarükü axtarışında olan Qərb dövlətlərinə kasıb və Rusiyadan asılı olan Ermənistan heç nə təklif edə bilmir. Bununla belə, iqtisadi və hərbi vasitələri tükənən Ermənistan indi diqqətini diplomatik siyasi manevrlərə yönəldərək öz mövqeyini beynəlxalq, xüsusilə Qərb mətbuatı vasitəsilə yeritməyə çalışır. Burada ermənilərin köməyinə Qərb mətbuatında, mədəniyyət və siyasi dairələində kök salmış ermənipərəst baxışların dominantlığı da çatır”.

A.Rüş yazısında Qarabağdakı erməni separatçılara haqq qazandırsa da, onların yaşadığı məkanı haqlı olaraq “qondarma erməni dövləti Naqorniy Karabax” kimi göstərməklə balanslı mövqe ortaya qoyur. O, məqaləsində ermənilər haqqında dolaşan çoxsaylı rəvayətlərə geniş yer verir. Qurban obrazında verilən ermənilərin cinayətkar olması barədə, Azərbaycanın məruz qaldığı əsl faciə barədə heç bir fikir belə dilə gətirilmir. Digər tipik bir rəvayət isə ermənilərlə bağlı onların xristian tarixi xəritəsinin yenidən oyuna gətirilməsidir. Təqribən IX əsrə aid bir xristian məbədi varsa, dərhal həmin yerlərin ermənilərə aid olması iddia edilir, amma bu ərazilərdə VII əsrdən bəri müsəlman abidələrinin olması heç xatırlanmır.

A.Rüşün məqaləsindəki sualdoğurucu tezislərdən biri də budur ki, guya “Azərbaycan əraziləri geri işğal etməklə kifayətlənmir, Ermənistan Respublikasının ərazisini də işğal etmək niyyətindədir”. Müəllif Azərbaycan dövlətinin ərazisinin beşdəbirinin Ermənistan tərəfindən 1990-cı illərdə işğal edilməsindən isə bir kəlmə belə söz açmır.

Jurnalistin Azərbaycanın Ermənistana münasibətdə fərziyyə hesab olunan bu davranışı ilə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 1991-2000-ci illərdə işğal altında saxlanılmasına fərqli meyarlarla yanaşması məqalənin qərəzli olmasını bir daha təsdiqləyir.

Bununla belə, A.Rüş bugünkü Ermənistan ərazilərinin müəyyən hissələrinin əvvəllər türklərə, daha doğrusu, azərbaycanlılara məxsusluğu barədə Azərbaycan tərəfinin tarixi arqumentlərini verməklə həmin ərazilərin Qərbi Azərbaycana məxsusluğunu və qədim türk adlarının olmasını etiraf etmiş olur.

Dr. Hess vurğulayır ki, NZZ kimi səviyyəli bir qəzet Azərbaycanın ritorik söz güllələri ilə ermənilərin gerçək niyyətlər və əməllər arasında daha dəqiq fərq qoymağı bacarmalıdır. Ermənistanın cənub ərazilərinin Zəngəzur adlandırılması və A.Rüşün məqaləsində də bunun öz əksini tapması göstərir ki, həmin ərazilərdə qədim türk adları mövcuddur. Əslində, tarixi həqiqət də ondan ibarətdir ki, 1918-ci ilədək bu yerlərdə nə erməni dövləti, nə də Cənubi Ermənistan mövcud olub. Bu ərazilər ruslar tərəfindən işğal edilənədək türklərin, daha dəqiq desək, azərbaycanlılarn idarəsində olub.

A.Rüş Cənubi Qafqazın tarixi ilə bağlı öz yozumunu əsaslandırmaq üçün müasir hadisələrə isnad etməyə cəhd göstərir və indi aktual olan Putin ritorikasını misal gətirir: “Putin Ukraynanın mövcudluğunu əvvəlcə sözlə sual altına qoyurdu, sonra hərbi yolla ona son qoymağa cəhd etdi”. Dr. Hess etiraz məktubunda cavab verir ki, “tarixi tam təhrif etməklə bu iddianı Azərbaycanın üzərinə qoymaq kimi birtərəfli yanaşma nümayiş etdirən müəllif məhz Ermənistanın və onun diasporunun ötən əsrin 80-90-cı illərində Qarabağın müəyyən hissəsinin Azərbaycana beynəlxalq hüquqi cəhətdən məxsusluğunu şübhə altına almaqla məhz Putin ritorikasından istifadə etmələrini dilə gətirməyib. A.Rüşün Azərbaycan və Rusiya prezidentləri arasında qəribə müqayisəsi həm də ona görə yersiz səslənir ki, ermənilər həmişə rusların, sonralar sovet imperiyasının dəstəyi sayəsində öz separatçılıq fəaliyyətlərini Azərbaycanda genişləndirə bilmişlər”.

A.Rüş həyəcanla sual verir ki, “Azərbaycanın öz məqsədinə güc tətbiqi ilə nail ola bilməsinin qarşısını kim alacaqdır?” Dr. Hess cavabında deyir: “Rüş bir dəfə də olsun xatırlatmır ki, ermənilərin onilliklər boyu qəddarlığı və zorakılığı nəticəsində çoxsaylı azərbaycanlı qurbanlarının olmasına baxmayaraq, heç kim Azərbaycanın köməyinə çatmamışdır. Məqsəd aydındır ki, A.Rüş tarixi faktları təhrif etməklə, Ermənistanın timsalında “yazıq” obrazı yaratmaq istəyib. A.Rüş Azərbaycan tərəfindən strateji yüksəkliklərin ələ keçirilməsi ilə bağlı öz izahını belə verir ki, “Azərbaycanın burada məqsədi əhalini terrora məruz qoymaqdır”. Bununla o, faktiki olaraq, Azərbaycanı terrorçuluqda günahlandırır. Amma 44 günlük müharibə dövründə döyüş zonasından kənar Azərbaycanın mülki obyektlərinin Ermənistan tərəfindən hədəfə alınması və çoxsaylı qurbanların olmasını, obyektivlik naminə belə, xatırlamır”, - deyə Hess etiraz edir.

Dr. Hess etiraz məktubunun sonunda NZZ-in redaksiyasına bildirir ki, məqalə müəllifinin “türk” sözünü təhqiramiz damğalayıcı formada vurğulaması liberal və bütün tərəflərin hörmət bəsləməli olduğu müzakirəyə heç bir hörmət gətirmir.

Yeri gəlmişkən, Dr. Mixail Raynhard Hess bir müddət əvvəl məlum Sumqayıt hadisələrinin 35-ci ildönümü ilə bağlı da öz feysbuk səhifəsində paylaşım etmiş, Ermənistanın Azərbaycanla münaqişədə siyasi iddiaları üçün həmin faciəvi hadisələrindən alət kimi istifadə etdiyini vurğulamışdı. Dr. Hess yazırdı ki, “ermənilərin saxta tarix konstruksiyasının nümunələrindən biri o iddianın üstündə köklənmişdi ki, fevralın 28 və 29-da Sumqayıtda ermənilərin öldürülməsi onlara ərazi iddiası qaldırmaqdan başqa hər hansı seçim etməyə imkan verməmişdir. Belə ki, ermənilər azərbaycanlılara qarşı ərazi iddiası qaldırmaqla özlərini azərbaycanlıların təqibindən qurtarmışlar”. Dr.Hess paylaşımında ermənilərin və onları dəstəkləyənlərin Sumqayıt hadisələri ilə Osmanlı Türkiyəsində 1915-ci ildə baş vermiş hadisələr arasında oxşarlıq olduğu barədə iddialarına tutarlı cavablar vermişdir.

Xatırladaq ki, ədəbiyyatşünas və tarixçi alim, Dr. Mixael Raynhard Hess “Tanklar cənnətdə. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” (2016), “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi” (2022), “Qarabağ 13-cü əsərdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” (2020-2022) kitablarının müəllifidir.




Baxış sayı: 224
Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Bu gün, 12:00 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031