Fact-info.az xəbər verir ki, kitabın redaktoru və ön söz müəllifi akademik Nizami Cəfərovdur.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın rəyçiləri akademik Rafael Hüseynov, professor Rüfət Rüstəmov və dosent Aysel Qəriblidir.
Bu cilddə nitq mədəniyyəti, norma, nitqə verilən tələblərdən bəhs olunur.
Norma tarixi hadisədir, onun sabitliyi şifahi, yazılı ədəbi dilin və nitq mədəniyyətinin formalaşmasını təmin edir.
Nitq mədəniyyəti dil vasitələrinin elə bir seçimi və təşkilidir ki,müəyyən şəraitdə dil normalarına, ünsiyyət etikasına riayət etməklə qarşıya qoyulmuş kommunikativ vəzifələrin yerinə yetirilməsinə böyük səmərə verir.
Dərslikdə frazeoloji normaların ayrıca nəzərdən keçirilməsi, əlbəttə ona görə məqbuldur ki, Azərbaycan dili zəngin sabit söz birləşmələri xəzinəsilə seçilən dillərdəndir.
Dərslikdə parlament, yubiley və masaətrafı,istehsalat, təbrik, dini, hərbi və ekran-efir nitqi geniş şərh edilmişdir.
“Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyinin sonunda nitqin məntiqiliyi, əlverişliliyi, münasibliyi, zənginliyi və sair kimi həm praktik, həm də nəzəri anlayışlara gətirilən elmi aydınlıq həm öyrənənlər, həm də tədris edənlər üçün də faydalı olacaqdır.
Baxış sayı: 216
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

