FACT-INFO.AZ » SİYASƏT » “Qarabağ-Zəngəzur. 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə” işıq üzü görüb
2-04-2023, 09:35 | SİYASƏT
“Qarabağ-Zəngəzur. 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə” işıq üzü görüb

Bu nəşr 1917-1920-ci illərdə baş vermiş qanlı hadisələrə həsr olunmuş “Azərbaycan hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” seriyasından növbəti sənədlər toplusudur və Azərbaycanın Qarabağ bölgəsində, Gəncə quberniyasının Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzasında törədilən qətliamları əhatə edir.

Topluya daxil edilən sənədlər 1918-ci ilin iyulunda Azərbaycan hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası tərəfindən Birinci Dünya Müharibəsinin başlanğıcından bütün Zaqafqaziya ərazisində müsəlman əhaliyə və onların əmlakına qarşı həyata keçirilən zorakılıq, soyqırım və talan faktlarını araşdırmaq üçün toplanaraq tərtib olunub.

Bu topluda Fövqəladə Təhqiqat Komissiyasının “Gəncə quberniyasının Cəbrayıl qəzasının müsəlman kəndlərinin dağıdılması və ermənilərin onların sakinlərinə qarşı zorakılıqları haqqında” “Cavanşir qəzasının Kalaki kənd cəmiyyətinin 12 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılması haqqında”, “Şuşa qəzasının müsəlman kəndlərinin ermənilər tərəfindən dağıdılması haqqında” və “Gəncə quberniyasının Zəngəzur qəzasına silahlı hücum və kəndlərinin dağıdılması haqqında” kimi materialları yer alıb. Sənədlər 1918-1919-cu illərdə Gəncə quberniyasının göstərilən qəzalarında Andranikin rəhbərliyi altında erməni quldur dəstələrinin törətdiyi faciəli hadisələri nəzərdən keçirməyə imkan verir. Həmin hadisələrdə mindən çox dinc azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar vəhşicəsinə qətlə yetirilib, yüzlərlə kənd, evlər, məscidlər, mülki obyektlər dağıdılıb, yandırılıb, azərbaycanlılara məxsus əmlak talan edilib. Toplunun dörd bölməsində yer alan sadalanan qəzaların sakinlərinin ifadələri müsəlman qırğınlarının xronologiyasını yaratmaq, zərərçəkənlərin dəqiq sayını, qətlə yetirilənlərin cinsini, yaşını, adlarını, dəymiş ziyanın həcmini,  dağıdılmış və viran qalmış kəndlərin adlarını müəyyən etməyə imkan verir.

Erməni birləşmələrinin cinayət əməllərini təfərrüatı ilə ifşa edən sənədlər sübut edir ki, Qarabağ və Zəngəzur hadisələri erməni millətçilərinin irihəcmli əməliyyatlarının və planlarının tərkib hissəsi olmaqla, bölgədə müsəlman əhalini azaltmaqla bu əraziləri Ermənistana birləşdirmək məqsədi güdürdü. Topluya həmçinin məsələnin tarixinə dair elmi oçerk, ətraflı yardımçı informasiya aparatı və fotoşəkillər daxil edilib.




Baxış sayı: 249
Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Bu gün, 12:00 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031