FACT-INFO.AZ » XƏBƏR » Əcnəbi media İranın bölgədə artan təcavüzündən yazıb
1-04-2023, 09:50 | XƏBƏR
Əcnəbi media İranın bölgədə artan təcavüzündən yazıb

Diasporla İş üzrə Dövlət Komitəsindən  Fact-info.az-a verilən məlumata görə, tanınmış israilli siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham bu barədə ölkəsinin geniş oxucu kütləsinə malik populyar “İsrael National News” qəzetində dərc olunmuş məqaləsində yazıb.

“İranın təcavüzü davam edir” sərlövhəli məqalədə müəllif bu yaxınlarda Yunanıstan polisinin yəhudi restoranı da daxil olmaqla, ölkədəki yəhudilərə qarşı hücumlar planlaşdıran İran terror şəbəkəsinin iki üzvünü həbs etməsi ilə yanaşı, İslam Respublikasını mütəmadi tənqid edən azərbaycanlı deputat Fazil Mustafanın evinin yaxınlığında güllələnməsi faktına diqqət çəkib.

İsrailli politoloqun fikrincə, Yerusəlimlə Tehran arasındakı gərginliyin dərin kökləri var. Belə ki, İsraili “Kiçik Şeytan”, Amerikanı isə “Böyük Şeytan” adlandıran ayətullahlar İsrail Dövlətini məhv etmək üçün nə qədər vaxt lazım olduğunu hərfi mənada hesablayırlar. Üstəlik, bu günlərdə Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılmasının qəti əleyhinə olan molla rejimi yəhudi dövləti ilə isti münasibətlərinə görə Bakını “cəzalandırmaq”da israrlıdır.

Siyasi məsələlər üzrə müxtəlif ekspertlərin fikirlərinin yer aldığı məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti ölkəsini xeyli gücləndirib, o cümlədən Bakının beynəlxalq enerji bazarında sabit mövqeyi Azərbaycanı görkəmli oyunçuya çevirib. Burada həlledici rolu İkinci Qarabağ müharibəsindəki Qələbə və Qərbin enerji resursları ilə təmin edilməsi oynayıb. Bundan əlavə, İran Azərbaycanın İsrail və ABŞ hökumətləri ilə sıx münasibətlərindən narahatdır. Bu səbəbdən molla rejimi ölkəmizə qarşı böhtan kampaniyasına rəvac verib. Belə ki, Azərbaycanın İran mətbuatında formalaşdırılan neqativ imici ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq cəhdi kimi yozula bilər. Bu strategiya Azərbaycanın Qarabağ münaqişəsinin uğurlu həlli kimi nailiyyətlərini kiçiltmək, Türkiyə və İsrail kimi ölkələrlə strateji tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini minimuma endirməyə hesablanıb.

Eyni zamanda, diqqətə çatdırılıb ki, son hadisələr Azərbaycan üçün ən böyük təhlükənin İrandan gəldiyini bir daha sübut edir. Belə ki, bu gün İran Ermənistanın sərhədlərini qorumaq adı altında Azərbaycana qarşı düşmən addımlarını bəyan edir, Azərbaycana Qarabağ bölgəsində əməliyyat keçirməyə mane olur və ölkəmizlə sərhəddə davamlı hərbi təlimlər keçirir. Azərbaycan onu hər baxımdan dəstəkləyən Türkiyə və İsrail kimi müttəfiqlərə malik olmasa, ayətullah qaragüruhu ölkəmizə hücum etməkdə bir an belə tərəddüd etməyəcək.

Məqalənin sonunda belə bir fikir irəli sürülür ki, İranın bölgədə artan təcavüzü şəraitində ən doğru seçim Azərbaycan, İsrail və Türkiyə arasında üçtərəfli blokun yaradılması olardı. İkinci Qarabağ müharibəsi zamanı bu üç ölkə sübut etdi ki, onlar arasında əməkdaşlıq həqiqətən də bölgəyə mühüm dəyişikliklər gətirə bilər. Ona görə də Azərbaycan öz milli təhlükəsizliyini təmin etmək üçün İsrail-Türkiyə əlaqələrinin gücləndirilməsini hədəfləyən platforma formalaşdıra və bu platformadan İrana qarşı rıçaq kimi istifadə edə bilər.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür.




Baxış sayı: 233
Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Bu gün, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Bu gün, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031