Fact-info.az xəbər verir ki, nazir abidə kompleksinin xatirə kitabına ürək sözlərini yazıb.
İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter səhifəsində Azərbaycan XİN rəhbərinə təşəkkür edib: “Səmimi sözlərinizə görə təşəkkür edirəm”.
Azərbaycan Xarici İşlər Nazirliyi də C.Bayramov Holokost qurbanlarının xatirəsinə ucaldılan Yad Vaşem memorial kompleksini ziyarət etməsi barədə məlumat yayıb.
“Ziyarəti zamanı nazir Ceyhun Bayramov Holokost qurbanlarına həsr olunmuş abidənin önünə əklil qoyub.
Nazir 1953-cü ildən fəaliyyət göstərən memorial kompleksində, həmçinin, Holokost qurbanlarının sənədləri və fotoşəkillərinin sərgiləndiyi muzey və memorialın tədris mərkəzi ilə tanış olub, daha sonra kompleksin xatirə kitabını imzalayıb.
Ziyarət zamanı kompleksin rəhbəri Dani Dayan Azərbaycan nümayəndə heyətinin üzvlərinə memorial kompleksi barədə məlumat verib”, - XİN-dən bildirilib.
Baxış sayı: 166
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

