AZƏRTAC xəbər verir ki, bu bəyanatla Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili sentyabrın 6-da keçirilən beynəlxalq konfransda çıxış edib.
Baş nazir deyib ki, Gürcüstanın təbii qaza olan tələbatının başqa ölkələrdən alınan “mavi yanacaq” hesabına ödəniləcəyi barədə söhbətlərin heç bir əsası yoxdur. Gürcüstan təbii qaza olan tələbatını Azərbaycandan aldığı “mavi yanacaq” hesabına ödəyəcək.
G.Kvirikaşvili deyib: “Bu il Gürcüstanın təbii qaza olan tələbatı 2 milyard 422,9 milyon kubmetr proqnozlaşdırılıb. Bu da 2015-ci illə müqayisədə 0,8 faiz çoxdur. Tələbatımızın ödənilməsi üçün nəzərdə tutulan təbii qazın 2 milyard 156,8 milyon kubmetrinin əsas qaz təminatçımız olan Azərbaycandan almağı nəzərdə tutmuşuq. Qalan hissəni isə Rusiyadan Ermənistana daşınan qazın nəqlindən almaq niyyətindəyik”.
Baş nazirin sözlərinə görə, Gürcüstanın öz yeraltı ehtiyatları hesabına 15,6 milyon kubmetr qaz əldə edəcəyi gözlənilir.
Baxış sayı: 1 721
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

